�168 jam�: İyunda Nikol Paşinyanla İlham Əliyev saziş imzalayacaqlar�
Bakı/25.01.19/Turan: Son vaxtlar Ermənistan və Azərbaycan liderləri müntəzəm görüşlər keçirir və saatlarla müzakirələr aparırlar. Bu, ciddi müzakirələrin, danışıqlar masasında olan konkret layihə ətrafında alverin getdiyindən xəbər verir. Bu barədə rusiyalı politoloq Stanislav Tarasov Ermənistanın "168 jam" qəzetinə bildirib.
Davosda N.Paşinyanla İ.Əliyev arasındakı sonuncu görüşü şərh edən S.Tarasov qeyd edib ki, "Əliyev "çox şən idi, Paşinyan isə sıxılmış vəziyyətdə. Çünki bu partiyanı Əliyev qazanır. Paşinyan bildirib ki, Arsax danışıqlar tərəfi olmalıdır, ancaq bu istiqamətdə heç bir addım atılmayıb".
"Erməni politoloqlar və ekspertlər- romantiklər əgər hesab edirlər ki, Qarabağ olmadan heç bir şey həll edilə bilməz, görsünlər ki, həll edilir", - o deyib.
Politoloq bildirib ki, iyunda N.Paşinyan və İ.Əliyev Qarabağa dair saziş imzalayacaqlar. Sazişə əsasən erməni tərəfi dolayı kompromislər kontekstində bir neçə rayonu güzəştə getməli olacaq.
Bundan sonra Türkiyə parlamenti Ermənistan-Türkiyə protokoluna qayıdacaq və onu ratifikasiya edəcək, diplomatik münasibətlər qurulacaq, nizamlanmanın paket layihəsi ortaya qoyulacaq", - S.Tarasov hesab edir.-02D-
-
- Cəmiyyət
- 25 Yanvar 2019 13:57
-
- İqtisadiyyat
- 25 Yanvar 2019 14:15
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində fevralın 2-də İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
Rəy yaz