
19 yanvar mitinqində AXCP, Müsavat, REAL partiyalarının və ADR hərəkətının nümayəndələri iştirak edəcəklər
Bakı/18.01.19/Turan: Demokratik Qüvvələrin Milli Şurasının "Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq!" tələbilə keçiriləcək sabahkı mitinqində Xalq Cəbhəsi, Müsavat, REAL partiyalarının və ADR Hərəkətı nümayəndələri iştirak edəcəklər. Bu barədə ölkənin üç aparıcı müxalifət partiyasının nümayəndələri bildiriblər.
Hakimiyyət isə sözügedən partiyaların fəallarına təzyiqləri artırıb, hökumət əleyhinə kütləvi aksiyanın qarşısını almağa çalışır.
Xatırladaq ki, mitinq hakimiyyət ilə razılaşdırılıb və saat 15:00-dan 17:00-dək Bakının Yasamal rayonundakı "Məhsul" stadionunda keçiriləcək.
Regionlardan daxil olam məlumatlara görə, hakimiyyət orada da fəalları təqib edir, onların qarşıdakı mitinqdə iştirakına yol verməməyə çalışır.-02B-
Rəy yaz