2019-cu ildə Azərbaycan prezidentinin Çexiyaya səfəri planlaşdırılıb
Bakı/13.02.19/Turan: 2019-cu ilin ikinci yarısında prezident İlham Əliyevin Çexiyaya səfəri planlaşdırılıb. Bu barədə Çexiyanın Azərbaycandakı səfiri Milan Ekert çərşənbə günü mətbuat konfransında bildirib.
Çox güman ki, səfər oktyabrda baş tutacaq və Çexiya dövlətinin administrasiya rəhbəri bununla bağlı hazırlıq işləri aparır.
Digər səfərlərə toxunan səfir qeyd edib ki, birinci yarımildə Çexiya parlamenti Deputatlar Palatasının sədri Radka Vondraçka Bakıya gələcək.
Onun sözlərinə görə, Praqada Çexiya-Azərbaycan hökumətlərarası komissiyanın növbəti iclası olacaq.-71D-
-
- Cəmiyyət
- 13 Fevral 2019 15:23
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz