Açiq mənbələrdən foto.
7 noyabr 2020-ci ildə Şuşa azad edilib
Bakı/07.11.22/Turan: 2020-ci ilin noyabr ayının ilk günləri İkinci Qarabağ müharibəsinin kulminasiyası oldu və Azərbaycanın mədəniyyət mərkəzinin - Şuşa şəhərinin azad edilməsi ilə başa çatdı.
Noyabrın 3-dən başlayaraq Azərbaycan SQ xüsusi təyinatlı qüvvələrinin ön bölmələri şəhərin kənarlarına sızılaraq, şəhər daxilində diversiyalar törətməyə başladı.
Noyabrın 5-də Şuşa yaxınlığındakı Daşaltı kəndi boşaldıldı, noyabrın 6-da səhər tezdən isə şəhərə hücum başladı. Hücumda 300 xüsusi təyinatlı hərbi qulluqçu və digər qoşun növlərinin bir sıra bölmələri iştirak edirdilər.
Erməni hərbiçilərinin əksəriyyəti əvvəlki günlərdə şəhərdən qaçmışdı, böyük hissəsi isə məhv edilmişdi.
Noyabrın 6-da küçə döyüşləri şəhərin azad edilməsi ilə başa çatdı, amma Ermənistan tərəfi Şuşanı geri almaq üçün bir neçə hücum həyata keçirdi.
6-7 noyabr tarixlərində ermənilər ən amansız hücumları həyata keçirdilər, bu hücumlar zamanı düşmən böyük itkilər verdi. 4-5 gün ərində Şuşada düşmənin ən az 700 əsgəri öldürüldü.
Xüsusən, Ermənistan SQ-nin iki xüsusi təyinatlı bölməsi (022-ci və 178-ci) məhv edildi.
Noyabrın 7-də günün ikinci yarısında hərbi komandanlıq rəhbərliyə şəhərin azad edildiyi haqqında məruzə etdi, noyabrın 8-də səhər isə 28 il sonra Şuşanın azad olduğu haqqında rəsmi məlumat yayıldı.
Azərbaycan SQ-nin xüsusi təyinatlı qüvvələrinin əsgərləri tərəfindən noyabrın 6-da Xankəndi-Şuşa yolunda çəkdikləri videokadrlar o şanlı döyüşlərin epizodlarından biridir. 06В
Siyasət
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
-
ABŞ Prezidenti Donald Tramp cümə günü Ukraynadakı müharibənin dayandırılması üçün danışıqların davam etdiyini, münaqişənin həllinə sadiq qaldığını, lakin bunun çətinliklərlə dolu olduğunu etiraf etdi.
Bələdiyyə seçkiləri necə keçdi? – Hafiz Həsənov Çətin sualda
Audio xəbər
Xəbər lenti
-
- Siyasət,
- 13:08
- 336
Rəy yaz