79 saylı seçki dairəsində 5 məntəqədə səsvermənin nəticələri etibarsız sayılıb
Bakı/18.02.20/Turan: Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilər üzrə 79 saylı İmişli Seçki Dairəsində beş məntəqədə səsvermənin nəticələrini etibarsız sayıb. MSK bu barədə qərarı fevralın 18-də keçirilən iclasda qəbul edib.
"Namizədlərin təqdim etdiyi şikayətlər və videogörüntülər üzrə araşdırma aparılıb. Araşdırmalar zamanı 2 məntəqədə - 14 və 23 saylı məntəqələrdə pozuntular aşkarlanıb. Araşdırmalarda 23 saylı məntəqədə bülletenlərin topa şəklində atılması faktı aşkar edilib. Bundan əlavə, 16, 25 və 21 saylı məntəqələrdə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edilib. Bu da həmin məntəqələr üzrə (14, 16, 21, 23 və 25 saylı məntəqələr) səsvermənin nəticələrinin etibarsız hesab edilməsinə şərait yaradır”, deyə MSK rəsmisi bildirib. -0-
-
- Böyük Şərq
- 18 Fevral 2020 17:43
-
- Siyasət
- 18 Fevral 2020 17:57
Siyasət
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Yanvarın 31-də vəkil Elçin Sadıqovun 15 saylı cəzaçəkmə müəssisəsində xeberman.com saytının rəhbəri Polad Aslanov və bloger Rəşad Ramazanovla görüşməsinə icazə verilməyib.
-
Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin bu, Ermənistanın yurisdiksiyasından yayınmaqla maneəsizlik demək deyil. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
Yanvarın 31-də Tbilisi şəhər məhkəməsi Azərbaycanın Azel TV saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzadıb.
Rəy yaz