ABŞ Avropa Şurasını Azərbaycan hakimiyyətinin maraqlarını müdafiə etməkdə ittiham edir
ABŞ Azərbaycanda prezident seçkilərini müsbət qiymətləndirdiyinə görə Avropa Şurası missiyasını tənqid edib. Tənqid ABŞ-ın ATƏT-dəki missiyasının hazırkı rəhbəri Kristofer Maduranın Avropa Şurasının baş katibi Tornbyorn Yanqlandın adına ünvanladığı bəyanatda səslənib. Bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.
“ATƏT DTİHB seçki prosesinin bütün mərhələlərində (səsvermə günü də daxil olmaqla) ciddi problamlər aşkar edib. Bura ifadə, toplaşma, birləşmə azadlığının məhdudlaşdırılması daxildir. Eyni zamanda biz seçkilərin azad və şəffaf olması barədə AŞPA missiyasının bəyanatından təəccüblənirik”, - məktubda deyilir.
Sonra Kristofer Madura Dövlət Departamentinin nümayəndəsi Mariya Arfın bəyanatına istinad edir. O, oktyabrın 10-da ATƏT DTİHB-nin rəyini dəstəklədiyini və baş vermiş pozuntularla bağlı narahatlığını bildirib.
Madura həmçinin qeyd edir ki, bu yaxınlarda ABŞ Avropa Şurası Venesiya Komissiyasının tamhüquqlu üzvü olub və “bu mühüm institutun köməyilə insan hüquqları və demokratik idarəetmə məsələlərində fəal əməkdaşlığa ümid edir”.
“ABŞ inanır ki, ATƏT və Avropa Şurası insan hüquqları, fundamental azadlıqlar, demokratiya və qanunun aliliyi işinin möhkəmləndirilməsində böyük rol oynayır”, - məktubda deyilir.
Xatırladaq ki, müxalifətdən prezidentliyə namizəd Cəmil Həsənli Azərbaycan hakimiyyətini AŞPA missiyası üzvlərini ələ almaqda ittiham edib. Onun fikrincə, missiya üzvləri ilə danışıqlar Strasburqda Hilton otelində keçirilib.
Avropa İttifaqı bu ittihamlara reaksiya verməyib.-25D-
-
- İqtisadiyyat
- 25 Oktyabr 2013 11:45
-
- Siyasət
- 25 Oktyabr 2013 12:11
Siyasət
-
Azərbaycanın müdafiə nazirinin müavini və Quru Qoşunlarının komandanı, polkovnik-general Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Metin Gürak ilə görüşüb.
-
Bakı-Moskva münasibətlərində AZALın təyyarə qəzasından sonra başlayan soyuqluq, deyəsən, güclənir. Bakı getdikcə tez-tez Moskvaya təyyarənin qəzaya uğramasının və vətəndaşlarının həlak olmasının üstünü örtməyə imkan verməyəcəyini göstərir.
-
ABŞ Dövlət katibi Marko Rubio cümə günü əksər mövcud xarici yardım qrantlarının 90 gün müddətinə dayandırılmasını əmr edən göstəriş imzalayıb. Bu qərar Dövlət Departamenti rəsmilərini şoka salıb və Politico-nun məlumatına görə, Ukraynaya hərbi yardımın maliyyələşdirilməsini hədəfə alıb.
-
İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, bu barədə Azərbaycan XİN-in yanvarın 25-də yaydığı məlumatda bildirilir.
Rəy yaz