Vedant Patel
ABŞ Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhə "ümid edir"
Vaşinqton/20.10.22/Turan: ABŞ ümid edir ki, Ermənistan-Azərbaycan sərhədində Aİ missiyasının yerləşdirilməsi Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhə şərait yaradacaq, bu fikri çərşənbə günü Dövlət Departamentinin nümayəndəsi bildirib.
Çərşənbə günü brifinqdə Turan-ın müxbirinin Aİ missiyasının göndərilməsinin regionda uzunmüddətli sülhün bərqərar olmasına kömək edib-etməyəcəyi barədə sualına cavabda Dövlət Departamentinin nümayəndəsinin müavini Vedant Patel belə deyib: "Biz buna ümid edirik. Dövlət katibi Entoni Blinken, səfir Filip Riker və bu binada işləyən digər şəxslər də buna çağırır".
"Mən hadisələri qabaqlamaq istəmirəm, amma, əlbəttə ki, burada bizim yekun məqsədimiz Ermənistan və Azərbaycan arasında münasibətlərin dinc şəkildə həllidir", deyə o sözünə davam edib.
Aİ bazar ertəsi bildirib ki, sərhədin delimitasiyası haqqında razılıq əldə etməyə çalışan qonşu ölkələr arasında etimadı artırmaq üçün Ermənistan-Azərbaycan sərhədinə 40 müşahidəçidən ibarət missiya göndərib. Aİ-nin iştirakı maksimum iki ay davam edəcək. 25B
-
- Maliyyə
- 20 Oktyabr 2022 10:35
Siyasət
-
Brüsselin boz, geniş səmaları altında bu ay Avropa Komissiyasında idarəetmə təşəbbüsünün bir işarəsi həyata keçirildi, Avropa İttifaqının diplomatik əlaqələrində yenilənmiş bir canlanma elan etdi. Yeni qurulan Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorat (DG ENEST) 1 Fevralda debüt etdi, İttifaqın şərq qonşuları və potensial yeni üzvlərlə qarşılıqlı əlaqələrini yenidən tənzimləmək üçün yeni bir kurs müəyyən etdi.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Abzas Media nəşrinin jurnalisti Nərgiz Absalamova nəzarətçi tərəfindən zorakılığa məruz qalıb.
-
Ağ Evin mətbuat katibi Kerolayn Livitt (Karoline Leavitt) jurnalistlərə USAID-in fəaliyyətində nəyin Tramp Administrasiyasını qane etmədiyini açıqlayıb. O, USAID-in vəsait ayırdığı proqramları sadalayıb:
-
2024-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı 39 qərar qəbul edib. Həmin qərarlardan 38-də azı bir pozuntu müəyyən edilib. Yalnız 1 qərarda pozuntu müəyyən edilməyib.
Rəy yaz