ABŞ Azərbaycanda kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması üzrə təlim keçirir
Bakı/09.10.17/Turan: ABŞ-ın Azərbaycandakı səfirliyinin İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi İdarəsi oktyabrın 9-dan 13-dək Azərbaycan Dövlət Gömrük Komitəsinin 12 müstəntiqi, həmçinin 5 hakim və 5 prokuror üçün kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması üzrə təlim keçirir.
Bu gün keçirilən açılış mərasimində ABŞ-ın Azərbaycandakı səfirinin müavini vəzifəsini icra edən Karter Vilbör bildirib ki, İxracata Nəzarət və Sərhəd Təhlükəsizliyi (EXBS) proqramı Azərbaycan hökuməti ilə uzunmüddətli əməkdaşlıq edir.
"Bizim ortaq məqsədimiz kütləvi qırğın silahlarının qarşısının alınmasıdır. Bu təlim ölkələrimizin bu səylərə uzunmüddətli sadiqliyini göstərir. EXBS 1999-cu ildən Azərbaycanda fəaliyyət göstərir və bu müddətdə 26,3 milyon dollar məbləğində təlim, avadanlıq və yardım göstərib", - qeyd edib.
Onun fikrincə, Azərbaycan kütləvi qırğın silahlarının qeyri-qanuni ticarətinin qarşısının alınmasında sadiqliyini sübut etmiş tərəfdaşdır.
"ABŞ Daxili Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Nüvə Təhlükəsizliyi Administrasiyasından təlimçilər qrupu buradadır. 0nlar kütləvi qırğın silahları ilə bağlı halların tədqiqatı və təqibi üzrə zəngin məlumat və təcrübəyə malikdirlər", - K.Vilbör bildirib.
Daha sonra çıxış edən Dövlət Gömrük Komitəsinin rəis müavini Şahin Bağırov bildirib ki, Azərbaycan kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasında ABŞ və dünya təcrübəsini öyrənməkdə maraqlıdır: "Bu təlim bizim istintaq orqanlarımız üçün önəm kəsb edir. Əminəm ki, onlar burada öyrəndikləri təcrübəni gələcək fəaliyyətlərində tətbiq edəcəklər".
Ş. Bağırov bildirib ki, Azərbaycan terrordan əziyyət çəkən ölkədir və hokumət kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasında ardıcıl mübarizə aparır.
"Bir neçə il əvvəl kütləvi qırğın silahlarının komponentlərinin yayılmasının qarşısını almışıq. Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq aləmdə nüvə silahlarının yayılmasına qarşıdır", - o vurğulayıb.
Sədr müavininin fikrincə, təlim kütləvi qırğın silahları ilə bağlı faktların qeydə alınması və bu sahədə tədqiqatların aparılmasının təşkili ilə bağlı mühüm bilgilər verəcək.
Təlimləri Ukraynadan nüvə fizikası üzrə elmlər doktoru, ixraca nəzarət üzrə ekspert, ABŞ Enerji Departamentinin texniki eksperti, ABŞ Daxili Təhlükəsizlik Departamentinin İstintaq idarəsinin əməkdaşı, Vaşinqton Prokurorluğunun İxraca Nəzarət İdarəsinin rəhbəri keçirir. -03C-
-
- Siyasət
- 9 Oktyabr 2017 11:58
-
- İqtisadiyyat
- 9 Oktyabr 2017 12:26
Siyasət
-
Bu gün daha 32 ailə, cəmi 153 nəfər Cəbrayıla qayıdıb, yanvarın 16-da Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bildirib. Cəbrayıl rayonuna 1487 nəfər (358 ailə) qayıdıb.
-
Yanvarın 16-da Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Bakıya rəsmi səfərə gəlib, yanvarın 17-də isə Gürcüstanın baş naziri İrakli Kobaxidze Bakıya gələcək, “Exo Kavkaza” hökumət mənbələrinə istinadən bildirib.
-
Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın monitorinqi üzrə həmməruzəçisi Lize Kristofersen (Norveç) və siyasi məhbuslar üzrə baş məruzəçisi Torhildur Sunna Evarsdottir (İslandiya) tanınmış azərbaycanlı vətəndaş fəalı Bəxtiyar Hacıyevin barəsində hökmdən dərin narahatlıqlarını ifadə ediblər.
-
Çərşənbə günü Bayden administrasiyası Rusiyaya qarşı yeni "kəskin" sanksiyaları və Moskvaya qarşı əvvəlki sanksiyaların sərtləşdirildiyini elan edib, Turan-ın Vaşinqton müxbiri bildirib.
Ermənistan- ABŞ sazişi. İsrail- HƏMAS atəşkəsi. Rusiya təklənir? – Rauf Mirqədirov Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:04
- 233
Rəy yaz