Açiq mənbələrdən foto.
ABŞ dövlət katibi Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Bakı/28.05.20/Turan: “Amerika Birləşmiş Ştatlarının hökuməti adından Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edirəm”, - ABŞ dövlət katibi Mayk Pompeonun bəyanatında deyilir.
“Amerika Birləşmiş Ştatları və Azərbaycan 30 ilə yaxındır ki, mühüm tərəfdaşlıq əlaqələrindən bəhrələnməyə davam edir. Biz təhlükəsizlik, energetika, iqtisadi inkişaf ilə yanaşı insan hüquqlarının və əsas azadlıqların qorunması kimi vacib sahələrdə birgə çalışırıq. Əfqanıstanda sülhün qurulması naminə çiyin- çiyinə fəaliyyət göstərən, habelə “Cənub” qaz dəhlizi vasitəsilə Avropada enerji təhlükəsizliyini gücləndirmək üçün birgə çalışan dövlətlərimiz ən vacib qlobal məsələlər üzərində əməkdaşlığı davam etdirirlər.
ATƏT-in Minsk Qrupunun həmsədri olan Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin dinc həlli üçün üzərinə götürdüyü öhdəliyə sadıq qalır.
Bu il COVİD-19 pandemiyası səbəbindən dünya unikal çağırışlarla üzləşib. Amma mən əminəm ki, Azərbaycan xalqı bu çətinliklərin üzərindən cəsarət və qətiyyətlə gələcək. Azərbaycan xalqı ilə birgə olan Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləyir”, - təbrikdə deyilir.-0-
-
- İqtisadiyyat
- 28 May 2020 11:43
Siyasət
-
Demokratik Qüvvələrin Milli Şurası tərəfindən tərtib edildiyi iddia edilən saxta sənəd ətrafında qalmaqal 2013-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkilərində siyasi müdaxilə və manevrlərlə bağlı suallar doğurub.
-
Fransa Xarici İşlər Naziri Jan-Noel Barro şənbə günü Azərbaycanı Yeni Kaledoniya və digər Fransız dənizaşırı ərazilərində vəziyyəti qeyri-sabitləşdirməyə cəhd etməkdə ittiham edib. Sosial media platforması X-də etdiyi açıqlamada Barro bildirib: "Bakı qrupu bir daha Yeni Kaledoniyada milli siyasi həyatımızı qeyri-sabitləşdirməyə çalışıb. Azərbaycanın dənizaşırı ərazilərimizdəki bu mənasız cəhdləri qəbuledilməzdir və dərhal dayandırılmalıdır."
-
Azərbaycanın müdafiə nazirinin müavini və Quru Qoşunlarının komandanı, polkovnik-general Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Metin Gürak ilə görüşüb.
-
Bakı-Moskva münasibətlərində AZALın təyyarə qəzasından sonra başlayan soyuqluq, deyəsən, güclənir. Bakı getdikcə tez-tez Moskvaya təyyarənin qəzaya uğramasının və vətəndaşlarının həlak olmasının üstünü örtməyə imkan verməyəcəyini göstərir.
Rəy yaz