ABŞ dövlət katibinin köməkçisi Bakının Əfqanıstanda bərpa işlərində rolu haqqında fikirləri
Bakı/29.06.18/Turan: Azərbaycan Əfqanıstanın regiona iqtisadi inteqrasiyası prosesində mühüm rol oynayır. Bu barədə bu gün Bakıda keçirilən mətbuat konfransında ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə köməkçisinin birinci müavini Alis Uells bildirib.
Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupuna 50-dən çox dövlət daxildir. Bu təşəbbüsün məqsədi Əfqanıstanda sülh prosesinə və prezident Əşrəf Qaninin bu istiqamətdə səylərinə yardım etməkdir.
Təmas Qrupunun iştirakçıları Bakıda məhz bu fikri ifadə ediblər, deyə Uells qeyd edib.
Əfqanıstanın dəstəklənməsində Azərbaycanın roluna toxunan Uells ölkənin Əfqanıstanın təchizatı üçün "Lapis lazuli" tranzit layihəsinin həyata keçirilməsində mühüm coğrafi mövqeyini qeyd edib.
Bundan başqa, Azərbaycan hərbiçiləri Əfqanıstan hakimiyyətinə böyük dəstək göstərir. "Bütün bunlar Azərbaycanla əlaqələrimizin dərinləşdirilməsi üçün ciddi baza yaradır", deyə Uells qeyd edib.
Əfqanıstandakı vəziyyət toxunan Uells qeyd edib ki, Bakı görüşü Əfqanıstan hakimiyyəti və Taliban hərəkatı arasında sülh sazişi imzalanmasından sonra ilk görüş oldu.
"Əfqanıstanın mülki əhalisi bu barışığı alqışlayırdı. ABŞ hakimiyyəti də bu təşəbbüsü fəal şəkildə dəstəkləyirdi. " Talibana əl uzadan Beynəlxalq Təmas Qrupunun Bakı iclasının iştirakçıları da bunu ifadə edib, indi söz onlardadır", deyə Uells bildirib. -16D-
Siyasət
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
-
ABŞ Prezidenti Donald Tramp cümə günü Ukraynadakı müharibənin dayandırılması üçün danışıqların davam etdiyini, münaqişənin həllinə sadiq qaldığını, lakin bunun çətinliklərlə dolu olduğunu etiraf etdi.
-
ABŞ-ın CBS telekanalının cümə axşamı verdiyi məlumata görə, Pensilvaniya ştatının Filadelfiya şəhərində kiçik tibb aviasiyasına məxsus LEAR-55 tipli təyyarə yaşayış ərazisinə düşüb. Göyərtədə ekipaj üzvləri də daxil olmaqla altı nəfər olub.
Rəy yaz