ABŞ "erməni soyqırımını" tanımağa hazırlaşır?
Bakı/29.10.19/Turan: Bu gün ABŞ-ın Nümayəndələr Palatası erməni soyqırımının tanınması haqqında qətnamə ilə bağlı səs verəcək. Qətnaməni həm Demokrat, həm də Respublika partiyalarının nüfuzlu nümayəndələri dəstəkləyir. Qətnaməyə sürətləndirilmiş şəkildə baxılması Türkiyənin Suriyanın şimalındakı əməliyyatı ilə əlaqədar ABŞ-Türkiyə münasibətlərindəki böhranla bağlıdır. Rəsmi Ankaranın soyqırımın tanınmasına səfirini Vaşinqtondan geri çağırması ilə cavab verəcəyi gözlənilir.
Qətnamənin təqdir edilməsi şansı yüksəkdir. Bazar ertəsi qətnamə reqlament komitəsindən keçib. Komitə qətnaməni dəyişiklik edilməsi mümkünlüyü olmadan bütün Nümayəndələr Palatasının səsverməsinə çıxarıb, xəbəri BBC yayıb.
Sənəd yanvarda Konqresə çıxarılıb, xarici işlər komitəsinin sədri, demokrat Eliot Engel və komitədəki respublikaçı azlığın lideri Maykl Makkol, habelə Kaliforniyanın müxtəlif dairələrindən iki konqresmen – bir çox digər məsələlərdə barışmaz rəqib olan Devin Nunes və Adam Şiff onu dəstəkləyir.
“Oktyabrın 29-u Amerika erməniləri üçün ən önəmli günlərdən biri ola bilər, deyə “Amerika Erməni Assambleyasının” Qərb bölgəsi üzrə direktoru Miqran Tumacyan bildirib. – Konqres üzvlərinə xəbərdarlıq edirik: Ankaranın soyqırım olmadığı haqqında yanlış mövqeyini təkrarlamağa cürət edən olsa, bunu unutmayacağıq”.
Qətnaməyə sürətləndirilmiş şəkildə baxılmasının arxasında Türkiyənin amerikalıların “İslam Dövləti”nə qarşı mübarizədə keçmiş əsas müttəfiqləri olan Suriya kürdlərinə qarşı əməliyyatları ilə əlaqədar ABŞ-ın Türkiyə ilə münasibətlərinin korlanması dayanır.
Qətnamə tərəfdarları da bu geosiyasi konteksti gizlətmir. Türkiyənin əməliyyatının başladığı gün konqresmen Ted Lyu “Tvitter”də yazıb ki, “indi ABŞ-ın erməni soyqırımını tanımasının əsl vaxtıdır”.
ABŞ-ın soyqırım məsələsində mövqeyi ənənəvi olaraq geosiyasətlə müəyyən olunur – Vaşinqton NATO-dan əsas tərəfdaşı olan Türkiyə ilə münaqişəyə hazır deyildi. Amerika prezidentləri, o cümlədən Donald Tramp, indiyədək Osmanlı İmperiyasında 1915-ci il hadisələrini “böyük cinayət” adlandırırdılar, amma “soyqırım” sözündən istifadədən yayınırdılar. Türkiyə hakimiyyəti 1915-1919-cu illərdə xristianların kütləvi ölümünün məqsədyönlü dövlət siyasəti olduğunu inkar edir.
“Bu səsvermə anı və onun tərəfdarlarının səsverməni ABŞ və Türkiyə münasibətlərində konkret problemlə əlaqələndirməsi faktiki olaraq onu siyasi alətə çevirir”, deyə Amerikalı ekspert Coşua Kuçera BBC-yə bildirib. -02D-
-
- İqtisadiyyat
- 29 Oktyabr 2019 15:08
-
- İqtisadiyyat
- 29 Oktyabr 2019 16:00
Siyasət
-
Rusiyalı müstəntiqlər, Azərbaycan Hava Yolları (AZAL) tərəfindən idarə olunan 8243 saylı reysin qəzasının raket zərbəsi nəticəsində baş verdiyini təsdiqləyiblər. Bu barədə istintaqa yaxın mənbələrin yeni məlumatlarına istinadən Azərbaycan hökumətyönlü nəşri AnewZ xəbər verir.
-
Azərbaycanın özəl yayım kanalı Baku TV çərşənbə günü efirdə “Rus Evi”ni mədəni və humanitar fəaliyyət adı altında anti-Azərbaycan casusluq fəaliyyəti ilə məşğul olmaqda ittiham edən reportaj yayımlayıb. Reportajda “etibarlı mənbələr”ə istinad edilib, lakin mənbələrin kimliyi açıqlanmayıb. İddialara görə, Rusiya mədəniyyət mərkəzi milli ziddiyyətləri qızışdırır və kəşfiyyat fəaliyyəti üçün baza rolunu oynayır.
-
Yanvarın 24-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Fərid İsmayılovun həbsindən şikayətə baxılıb.
-
2024-cü ildə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət jurnalistlərə, fəallara və dindarlara qarşı repressiyaların artması ilə xarakterizə olunub. Bu barədə "Müdafiə xətti" qeyri-hökumət təşkilatının illik hesabatında deyilir. Sənədi yanvarın 24-də bu qurumun üzvü, hüquq müdafiəçisi Zəfər Əhmədov təqdim edib.
Rəy yaz