ABŞ-ın nəqliyyat komandanı Bakı ilə əməkdaşlıq haqda
Bakı və Vaşinqton təhlükəsizlik məsələləri üzrə səmərəli əməkdaşlıq edirlər. Bunu Bakıda səfərdə olan ABŞ-ın nəqliyyat komandanı general Darren Makdyu şənbə günü brifinqdə bildirib.
Onun sözlərinə görə, azərbaycanlı hərbçilər üçün NATO ölkələrindən olan həmkarlarının təcrübəsini öyrənmək, birgə xidmət keçmək imkanları yaradılıb. Həmçinin Azərbaycan tərəfinə Qərb ölkələrinin müasir hərbi avadanlıqlarından istifadə imkanları yaradılıb.
O bildirib ki, Azərbaycan təhlükəsizlik sahəsində ABŞ ilə tərəfdaşlığa sadiqdir və Vaşinqton bundan razıdır.
Qeyd edək ki, bundan öncə amerikalı general müdafiə naziri Zakir Həsənov ilə görüşüb. Görüş zamanı Azərbaycan və ABŞ arasında əməkdaşlığın müxtəlif istiqamətlərində əldə edilmiş nailiyyətlər müzakirə olunub. Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.-02D-
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz