ABŞ-ın yeni səfiri Azərbaycana gəlib
Bakı/07.03.19/Turan: ABŞ Azərbaycandakı yeni səfiri Li Litzenberger martın 7-də yerli vaxtla saat 21 radələrində Bakıya gəlib.
Səfir Litzenberger Bakı Beynəlxalq Hava limanında jurnalistlərə bildirib ki, həyat yoldaşı Merian xanımla birgə Bakıya gəlməkdən çox məmnundur.
"Mən ABŞ səfiri kimi səlahiyyətlətimin icrasına başlamağı, insanlarınızla, mədəniyyətinizlə, rəsmilərlə tanış olmağı, xalqlarımız və ölkələrimiz arasındakı əlaqələri dərinləşdirməyi və gücləndirməyi həvəslə gözləyirəm," Li Litzenberger qeyd edib.
Martın 6-da ABŞ-ın Azərbaycandakı Səfirliyi yeni səfirin video mesajını yayıb.
Li Litzenberger diplomat kimi fəaliyyət göstərdiyi 34 il ərzidnə Əfqanıstanda, Əlcəzairdə, Belçikada, Bolqarıstanda, Fransada, Gürcüstanda, Qazaxıstanda və Serbiyada çalışıb.
"ABŞ-la Azərbaycanı güclü əlaqələr bağlayır. Bizim ölkələrimiz 25 ildir ki, təhlükəsizlik, enerji, iqtisadi artım və demokratik inkişaf kimi vacib sahələrdə əməkdaşlıq edir. Səfir kimi çalışaraq mən, ikitərəfli münasibətlərimizin bütün aspektlərini gücləndirməyə və yeni əməkdaşlıq sahələrini müəyyənləşdirməyə çalışacam. Bizim ölkələrin insanları arasında olan əlaqələr güclüdür və müxtəlif insanlarla görüşüb onların fikirlərini dinləmək niyyətindəyəm," Litzenberger video mesajında bildirib.
ABŞ Senatı yanvarın 2-də Li Litzenbergeri Azərbaycanda yeni səfir təsdiq edib.
Keçmiş səfir Robert Sekutanın ölkəni tərk etməsindən 12 ay sonra yeni səfir Azərbaycana gəlib.
Litzenbergerin Dövlət Debartamentində son işi hərbi-siyasi məsələlər üzrə büroda baş müşavir olub.-0-
Siyasət
-
Yanvarın 23-də Bakının Xətai Rayon Məhkəməsi Meydan TV-nin jurnalisti Aytac Tapdığın ev dustaqlığına köçürülməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.
-
Azərbaycan, İran və Rusiya nəqliyyat nazirlərinin növbəti üçtərəfli görüşü yanvarın 28-də Moskvada keçiriləcək. Bu barədə İranın yollar və şəhərsalma naziri Fərzanə Sadiq İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının Tehranda keçirilən 16-cı iclasında bildirib.
-
Yanvarın 22-də Gəncə Ağır Cinayətlər Məhkəməsində dunyaninsesi.az saytının təsisçisi Ərşad İbrahimov hədə-qorxu yolu ilə tələb etməkdə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.
-
Yanvarın 22-də Bakı Apellyasiya Məhməkəməsində hakim Emin Əliyevin sədrliyi ilə Toplum TV nəşrinin əməkdaşı Əli Zeynalovun həbs müddətinin uzadılmasından verilmiş şikayətə baxılıb. Şikayət təmin edilməyib, bu barədə Turan-a vəkil Fariz Namazlı bildirib.
Rəy yaz