ABŞ rəsmi Bakını fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbs edilmiş bütün şəxsləri azad etməyə çağırır
Bakı/15.08.18/Turan: ABŞ Dövlət Departamentinin sözçüsü Heather Hauert avqustun 13-də "Respublikaçı Alternativ" (ReAl) Partiyasının həbsdə olan sədri İlqar Məmmədovun Şəki Apellyasiya Məhkəməsi tərəfindən 2 il sınaq müddəti olmaqla azadlığa buraxılması ilə bağlı bəyanat verib. Bəyanatda deyilir.
Birləşmiş Ştatlar Azərbaycanın Apellyasiya Məhkəməsinin Respublikaçı Alternativ partiyasının sədri İlqar Məmmədovu azad etmək qərarını alqışlayır. Onun məhkum olunması və beş ildən çox həbs edilməsi Azərbaycanda qanunun aliliyi ilə bağlı ciddi narahatlıqlara səbəb olub. Biz hökuməti beynəlxalq öhdəliklərinə və Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına uyğun olaraq ona qarşı bütün ittihamları ləğv etməyə çağrırıq. Biz Azərbaycan rəsmilərini fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbs edilmiş bütün başqa şəxsləri də azad etməyə çağırırıq.-0-
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz