Açiq mənbələrdən foto.
ABŞ Rusiyanın hərbi satınalma şəbəkəsinə qarşı yeni sanksiyalar tətbiq edib
Vaşinqton/20.10.22/Turan: Çərşənbə günü ABŞ Amerikalı istehsalçılardan Rusiyaya hərbi və ikili təyinatlı texnologiyaların tədarükünə yol verməmək üçün bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq edib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.
Xüsusən, ABŞ-ın Maliyyə Nazirliyi satınalmalar üzrə agent olan Rusiya vətəndaşı Yuri Orexova və onun iki şirkətinə - Nord-Deutsche Industrieanlagenbau (NDA) GmbH və Opus Energy Trading LLC-yə qarşı sanksiyalar tətbiq edib.
Dövlət katibi Entoni Blinken bildirib ki, Orexov NDA GmbH vasitəsilə Rusiya istehlakçıları üçün Amerika texnologiyaları alır. Bu satınalmalara qırıcı təyyarələrdə, ballistik və hipersəs raketlərində, intellektual döyüş sursatlarında, radarlarda, peyklərdə və Ukraynada Rusiya silahlarında komponentləri aşkar olunan digər hərbi sistemlərdə istifadə olunan qabaqcıl yarımkeçiricilər və mikroprosessorlar daxildir.
Beləliklə, Orexov və onun şirkətləri Kremlin Ukraynaya qarşı aqressiv müharibəsinə birbaşa şərait yaradıb, deyə Blinken qeyd edib.
Bu sanksiyalardan başqa, ona yaxın fiziki və hüquqi şəxsə qarşı Rusiyaya hərbi təyinatlı texnologiyaların qanunsuz ixracında iştirak ittihamları irəli sürülüb, bu barədə çərşənbə günü ABŞ-ın Ədliyyə Nazirliyi bildirib.
FKB-nin məlumatına görə, bəzi texnologiyalar Ukraynada aşkar edilib, daha bir nüvə silahı texnologiyası Rusiya yolunda ələ keçirilib.
* Beş Rusiya vətəndaşına - Yuri Orexov, Artem Uss, Svetlana Kuzurqaşeva, Timofey Telegin və Sergey Tulyakova qarşı sanksiyalardan yayınmaq və pulları yumaq ittihamı irəli sürülüb.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Yuri Orexov Almaniyada, Artem Uss İtaliyada həbs edilib. Ekstradisiya proseduru başlayıb. Maraqlıdır ki, Artem Uss Rusiyanın Krasnoyar vilayətinin qubernatorunun oğludur.
"Bu şəxslər Amerika hərbi texnologiyalarının və Venesueladan neftin qanunsuz əldə olunması üzrə mürəkkəb sxem təşkil ediblər. Onlar əməliyyatları saxta şirkətlər və kriptovalyuta vasitəsilə çoxsaylı pul köçürmələri ilə həyata keçiriblər. 25B
-
- Maliyyə
- 20 Oktyabr 2022 11:11
Siyasət
-
Fevralın 4-də vəkil Zibeydə Sadıqova 1saylı Bakı İstintaq Təcridxanasında “Meydan” TV” işi üzrə həbs olunmuş müxbir Natiq Cavadlı ilə görüşüb.
-
Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp ilk beynəlxalq qonağını - İsrailin baş naziri Binyamin Netanyahunu Ağ Evdə qarşılayıb.
-
Jurnalist Şəmşad Ağa gecə saatlarında polis tərəfindən saxlanılıb. Bu barədə jurnalistin qardaşı Şahid Ağayev Amerikanın Səsinə bildirib.
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
Rəy yaz