ABŞ səfirliyinin dəstəyi ilə Qubada memarlıq abidəsi bərpa olunub
Bakı/27.03.18/Turan: Dünən ABŞ Səfirliyinin Mədəni İrsin Qorunması Fondunun (SMDF) dəstəyi və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə birgə bərpa edilmiş Qubadakı tarixi Gümbəzli hamamın açılışı olub.
Açılış mərasimində mədəniyyət naziri Əbülfəz Qarayev, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və yerli hakimiyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qarayev qeyd edib ki, bərpası həyata keçirilən abidə yerli xalqın memarlıq istedadından xəbər verir.
Öz növbəsində, Sekuta bildirib ki, səfirlərin vəzifəsi yalnız ölkələr arasında deyil, ölkələrin xalqları arasında da əlaqələri gücləndirməkdir.
Ən gözəl əlaqələr məhz mədəniyyətlər vasitəsi ilə qurulur.
Hamamın bərpası layihəsi 2014-cü ildə başlayıb.
Bərpa edildikdən sonra sənətkarlıq, turizm mərkəzi kimi yerli iqtisadiyyatın inkişafına təkan verəcək.
"Hamamın bərpası ölkələrimiz arasında dostluğun simvolu olacaq", deyə səfir qeyd edib.
İkigümbəzli hamam bişmiş qırmızı kərpiclə 19-cu əsrdə inşa edilib. Şərq memarlıq üslubunda tikilən hamam 1979-ci ilin sonunadək fəaliyyət göstərib. Gümbəzlərinin hündürlüyü 9 metrdir. Hamamın qızdırılmasında istifadə edilən soba həm də döşəmənin isidilməsində istifadə olunub. Belə ki, sobadan hamamın döşəməsi boyu istiliyə davamlı kərpicdən kanallar çəkilib və sobadan çıxan istilik həm də döşəməni isidib. -03B06-
Siyasət
-
Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsi rusiyalı keçmiş hakim, Rusiya Prokurorluğunun vəsatətilə Azərbaycanda həbs edilmiş Yelena Xaxalevanı həbsdən azad edib.
-
Azərbaycanın “Azel” TV saytının rəhbəri, fevralın 2-dən Tbilisi İstintaq Təcridxanasında quru aclıq edən Əfqan Sadıqov çərşənbə axşamı huşunu itirib. Bu barədə Turan-a onun xanımı Sevinc Sadıqova bildirib.
-
Fevralın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş diplomat Emin İbrahimovun işi üzrə hazırlıq iclası olub. İclasa hakim Vuqar İbrahimov sədrlik edib. Mahiyyəti üzrə dinləmələr fevralın 12-nə təyin edilib.
-
AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Qazaxıstanın Nəqliyyat Nazirliyinin dərc etdiyi hesabat "ilkin xarakter daşıyır və baş verənlərin səbəbləri barədə nəticə yoxdur". Bu barədə “Rosaviasiya” - Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında deyilir.
Rəy yaz