Aİ Azərbaycanla yeni sazişin iyunda paraflanmasını təklif edir
Bakı/19.02.20/Turan: Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Brüsselə işgüzar səfəri çərçivəsində fevralın 18-də Aİ-nin qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varheyli ilə görüşüb.
Qarşılıqlı faydalı tərəfdaşlıq mühitində keçən görüş zamanı tərəflər Aİ-Azərbaycan arasında ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş layihəsi üzrə danışıqların gedişatını müzakirə ediblər. Bu xüsusda ticarət sahəsində danışıqların cari vəziyyəti və Aİ-nin ticarət üzrə komissarı ilə keçirilmiş görüşə toxunulub.
O. Varheyli yeni saziş layihəsi üzrə danışıqların intensivləşdirilməsinin vacibliyini qeyd edib. O, sənədin 2020-ci ilin iyununda keçirilməsi planlaşdırılan Aİ “Şərq Tərəfdaşlığı” ölkələrinin sammitinə qədər razılaşdırılmasını təklif edib.
Görüş zamanı Azərbaycanla Aİ arasında enerji sahəsində strateji tərəfdaşlıq münasibətləri və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirdiyi layihələr, o cümlədən “Cənub” qaz dəhlizi layihəsi və onun gələcəkdə genişləndirilməsi kimi mövzularda fikir mübadiləsi aparılıb.
İkitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların müəyyən edilməsi məqsədilə E. Məmmədyarov O. Varheylini Azərbaycana dəvət edib.
Dəvət məmnuniyyətlə qəbul edilib.—06D-
Siyasət
-
ABŞ prezidenti Donald Tramp helikopter və təyyarənin toqquşmasından bir neçə saat sonra, Ağ Evdə ilk mətbuat konfransını keçirib.
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi davam edib. İclasın əvvəlində elan edilib ki, bu iş üzrə şahid iclasa gələ bilməyəcək, buna görə proses fevralın 6-na təxirə salınıb.
-
Yanvarın 30-da Bakı Apellyasiya Məhkəməsi “Meydan TV işi” üzrə həbs edilmiş jurnalist Aytac Tapdığın şikayətini təmin etməyib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.
Rəy yaz