Aİ-Bakı münasibətlərində insan hüquqlarının yeri
Bakı/12.07.17/Turan: Aİ və Azərbaycan arasında imzalanmış tərəfdaşlıq prioritetləri haqqında sənəd mövcud reallıqları əks etdirir. Bu fikri Turan agentliyinə politoloq Eldar Namazov dünən Brüsseldə imzalanmış Azərbaycan və Aİ arasında "Tərəfdaşlıq prioritetləri"ni şərh edərkən bildirib. Onun sözlərinə görə, 4 prioritetin hər biri əhəmiyyətlidir.
"Məsələn, yaxşı idarəçilik, şəffaflıq və korrupsiyaya qarşı mübarizə. Bu məsələləri vətəndaş cəmiyyəti uzun illər hakimiyyət qarşısında qaldırıb", deyə Namazov bildirib.
Prioritetlər arasında insan hüquqlarının olmamasına gəlincə, tərəflər kompromis əldə ediblər və bu məsələ mümkün olduğu qədər diqqət mərkəzində qalacaq, Namazov belə hesab edir.
"Bu məsələ prioritetlər arasında olsaydı, daha yaxşı olardı. Amma görünür, zamana ehtiyac var. Bununla belə, sənəddə bu məsələ qaldırılır. Buna görə insan hüquqlarının arxa plana keçirildiyini hesab etmək doğru deyil, sadəcə olaraq bu məsələ "real vəziyyətə uyğunlaşdırılıb", Namazov belə hesab edir. -06D-
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz