
Баку/09.04.20/Turan: Avropa İttifaqı koronavirus pandemiyası ilə mübarizə üçün Azərbaycana 14 milyon avro ayırıb. Bu barədə Avropa Komissiyasının Şərq Qonşuluğu Departamentinin direktoru Loruens Meredih Twitter səhifəsində yazıb.
Aİ “Şərq Tərəfdaşlığı” ölkələrinə pandemiya ilə mübarizə üçün təcili olaraq 80 mln., qısamüddətli dəstək üçün 883 mln. avro vəsait ayırıb.
Gürcüstan 183 mln. avro, Belarus 60 mln. avro, Moldova 87 mln. avro, Ukrayna 190 mln. avro, Ermənistan 92 mln. avro alacaq. -16D-
Rəy yaz