
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya gəlir
Aİ-nin Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Herbert Zalber oktyabrın 25-də Azərbaycana üç günlük səfərə gəlir.
O, Bakıda aparacağı danışıqlarda rəsmi şəxslərlə Azərbaycan-Aİ münasibətlərini, habelə Qarabağ nizamlanmasının perspektivlərini müzakirə edəcək, bu barədə Turan-a Aİ-nin Azərbaycandakı nümayəndəliyindən bildiriblər.
Qeyd edək ki, Zalber Bakıya Yerevandan gələcək, orada da analoji görüşlər keçirəcək. -06D-
-
- Mədəniyyət
- 21 Oktyabr 2016 16:11
Siyasət
-
2025-ci il fevralın 15-də və 18-də Day.az saytında Turan İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı böhtan xarakterli iddialar irəli sürülən məqalələr dərc edilib. Bu materiallarda müəllif agentliyi Qərb maliyyəsindən asılı və xarici strukturların maraqlarına tabe olan bir qurum kimi təqdim etməyə cəhd edir.
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
Rəy yaz