
Açiq məmbələrdən foto.
Bakı/07.05.20/Turan: Mayın 7-də Avropa İnsan Hüquqları Məhkəməsi jurnalist Xədicə İsmayılovanın işi üzrə növbəti qərarını elan edib.
2014-cü ildə İsmayılova Avropa İnsan Hüquqları Konvensiyasının şəxsi həyatın toxunulmazlığı (8-ci maddə) və ədalətli məhkəmə (6-cı maddə) hüquqlarının pozulmasından şikayət verib. Məhkəmə jurnalistin şikayətini təmin edib və Azərbaycan hökumətinin üzərinə ona mənəvi ziyana görə 6 min avro təzminat ödəmək öhdəliyi qoyub.
Məhkəmənin qərarında deyilir ki, bu iş Azərbaycanın hökumətyönlü KİV-lərində İsmayılovanın ləyaqətinə ləkə gətirən nəşrlərlə bağlıdır. Yerli məhkəmələr onun bu KİV-lərdə təhqirdən verdiyi şikayətləri təmin etməyib.
Xatırladaq ki, 2014-cü il dekabrın 5-də İsmayılova vergi ödənişindən yayınma və qanunsuz sahibkarlıq ittihamı ilə həbs edilib. Məhkəmə onu 7 il yarım müddətinə azadlıqdan məhrum edib.
Ölkənin ali məhkəməsi 2016-cı ilin mayında onun azadlıqdan məhrumetmə müddətini 5 il sınaq müddəti olmaqla, 3 il yarım şərti azadlıqdan məhrumetmə cəzası ilə əvəz edib və həbsdən azad edib. Sonradan bu müddət 2 il 3 aya qədər azaldılıb. -16D-
Rəy yaz