AİHM İlkin Rüstəmzadənin Azərbaycana qarşı şikayətini təmin edib
Bakı/07.03.19/Turan: Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) NİDA Gənclər Hərəkatının fəalı, həbsdə olan İlkin Rüstəmzadənin şikayətilə bağlı qərarı elan edib.
Şikayət onun 2013-cü ildə İnternetdə yayımladığı videorəqsə görə həbsi və məhkəməyəqədər saxlanma ilə bağlıdır.
2013-cü ildə vətəndaş cəmiyyətinin fəalı İ.Rüstəmzadə orduda əsgər ölümünə görə hakimiyyəti tənqid edən nümayişlərdə iştirak edib.
2013-cü il martın 1-də bir qrup gənc "Harlem Şeyk" rəqsini ifa edərək videoya çəkib. Sonradan video YouTube kanalına yüklənib. Videoda görünür ki, yeddi nəfər rəqs edir, onlardan biri "bürünc heykəlin yanında seksual hərəkətlər edir".
İ.Rüstəmzadə 2013-cü ilin mayında xuliqanlıq, "ictimaiyyətə hörmətsizlik", "ictimai asayişin pozulması" ittihamları ilə həbs olunub.
Prokurorluq istintaq müddətində onu həbsə alıb və bunu "Rüstəmzadənin qaçmaq və təkrar cinayət törətmək təhlükəsinin olması" ilə izah edib var.
Dəfələrlə apellyasiya verilməsinə baxmayaraq, məhkəmələr onun həbsdə qalma müddətini uzadıblar. 2014-cü ilin mayında o, NİDA Hərəkatının digər üzvləri ilə 8 il azadlıqdan məhrum edilib. Onlar iğtişaşların təşkilində ittiham olunublar.
İ.Rüstəmzadə 5-ci maddəyə əsaslanaraq cinayət törətməkdə şübhəli bilinməsinə əsas olmadan həbs edilməsindən şikayətlənib.
AİHM onun 5.1-ci maddə (azadlıq və təhlükəsizlik hüququ) ilə hüquqlarının pozulduğunu tanıyıb və ona 20 min avro məbləğində kompensasiya və 2,5 min avro məbləğində məhkəmə xərclərinin ödənilməsini qərara alıb.
İ.Rüstəmzadə Amnesty İnternational beynəlxalq hüquq- müdafiə təşkilatı tərəfindən "vicdan məhbusu" kimi tanınıb.-16//06D--
-
- Siyasət
- 7 Mart 2019 13:29
-
- İqtisadiyyat
- 7 Mart 2019 14:07
Siyasət
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Rəy yaz