Aktauda Xəzər sammitinin gündəliyi
Bakı/09.08.18/Turan: Qazaxıstan XİN avqustun 12-də Aktauda keçiriləcək V Xəzər sammitinin gündəliyini açıqlayıb.
Beş tərəf ilə razılaşdırılmış gündəlik üç məsələni əhatə edir:
1. Xəzər dənizinin hüquqi statusu;
2. Xəzərdə əməkdaşlıq məsələləri (iqtisadiyyat və nəqliyyat; ekologiya və bioresursların qorunması; təhlükəsizlik);
3. Regional və qlobal beynəlxalq tematika.
Sammitin yekunlarına əsasən yeni sənədin imzalanması planlaşdırılır:
- Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya, layihə 2017-ci il dekabrın 4-5-də Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsi çərçivəsində razılaşdırılıb.
Sammit zamanı nəqliyyat, ticarət-iqtisadi əməkdaşlıq, Xəzər dənizində insidentlərdən qaçılması haqqında üç sazişin, həmçinin Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişə mütəşəkkil cinayətkarlığa, terrorizmə qarşı mübarizə və sərhəd qurumlarının qarşılıqlı fəaliyyətinə dair üç protokolun imzalanması planlaşdırılır.
Avqustun 11-də beş Xəzəryanı ölkənin xarici işlər nazirlərinin görüşü olacaq. Növbəti gün Azərbaycan, İran, Rusiya və Türkmənistan prezidentləri sammitə gedəcəklər. -02D-
-
- Maliyyə
- 9 Avqust 2018 16:11
-
- Sual-cavab
- 9 Avqust 2018 16:25
Siyasət
-
Ukrayna Prezidenti Volodimir Zelenski Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190 təyyarəsinin qəzaya uğramasından sonra Rusiyaya təzyiqin artırılmasına çağırıb. Zelenski bu fikri 22 yanvarda Davosda keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı səsləndirib.
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
Rəy yaz