
Şeyxülislam Allahşükür Paşazadə
Bakı/31.10.22/Turan: Bazar ertəsi Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə G20 - R20 Dini Forumunda iştirak etmək üçün İndoneziyaya gedib.
Noyabrın 2-3-də İndoneziyada G20 sammiti çərçivəsində din xadimləri görüşlər keçirəcəklər.
R 20 Forumu müxtəlif dinlərin liderlərinə sivilizasiyaların ortaq dəyərlərini dəstəkləmək üçün platforma yaradılmasına xidmət edəcək.
Forumda Paşazadənin çıxışı və bir sıra ikitərəfli görüşlər keçirəcəyi gözlənilir. 05В06
Rəy yaz