Xristian-Demokratik Birliyinin üzvü Karin Ştrenz
Alman parlamentarilər Azərbaycandan pul almaqda şübhəli bilinirlər
Bakı/30.01.20/Turan: Yanvarın 30-da Bundestaq Meklenburq-Ön Pomeraniyadan Xristian Demokratik İttifaqının (XDİ) deputatı Karin Strenzi deputat toxunulmazlığından məhrum edib. Ötən il parlament onu 20 min avro cərimə etmişdi. O, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanın maraqlarını lobbiləşdirmək üçün ən azı 22 min avro rüşvət almaqda ittiham olunur, DW bildirib. Cümə axşamı Strenzin barəsində istintaqla əlaqədar prokurorluq, Federal Cinayət İşləri İdarəsi və Belçika polisinin 100-ə yaxın əməkdaşı 16 obyektdə: Bundestaqda deputatın ofisi, Berlindəki şəxsi mənzili, həmçinin Berlində yaşayış yerlərində, ofislərdə və vəkil kontorlarında, Meklenburq-Ön Pomeraniyada və Bavariyada federal torpaqlarda, həmçinin Belçikada axtarış aparıblar.
Bu işdə onunla birlikdə Bundestaqın Bavariya Xristian Sosial İttifaqından (XSİ) keçmiş deputatı, daxili işlər naziri yanında sabiq parlament katibi Eduard Lintner də keçir.
Prokurorluğun məlumatına görə, Lintner 2008-ci ildən 2016-cı ilə qədər Baltik ölkələrində banklarda hesabı olan saxta Britaniya şirkətləri vasitəsilə Azərbaycandan 4 milyona yaxın avro alıb. Öz mükafatını götürdükdən sonra bu pulun xeyli hissəsini AŞPA-nın ayrı-ayrı üzvlərinə göndərib. Onlar Azərbaycandakı seçkilərlə bağlı müsbət rəy verməli və bu ölkədə siyasi məhbusların azad edilməsi tələblərinə qarşı çıxmalı idilər.
Azərbaycanın maraqlarının lobbiləşdirilməsi və ələ alnıma ilə bağlı işdə üçüncü şübhəli də var, istintaq hələlik onun adını açıqlamır. O, saxta firma yaratmaqda və AŞPA üzvlərinin ələ alınması məqsədilə Azərbaycandan pul vəsaitlərinin köçürülməsi üçün özünün vəkil kontoru vasitəsilə bank hesabları açmaqda ittiham olunur, DW qeyd edir.—0-
-
- Böyük Şərq
- 30 Yanvar 2020 18:37
-
- Siyasət
- 30 Yanvar 2020 20:23
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz