Amerikalı konqresmen və Helsinki Komissiyası president İlham Əliyevi Mehman Hüseynovu azad etməyə çağırıblar
Vaşinqton/12.01.19/Turan: Amerikalı konqresmen, əvvəllər Nümayandələr Palatasının insan hüquqları üzrə alt komitəsinin rəhbəri olmuş Kris Smit prezident İlham Əliyevi bloger Mehman Hüseynovu dərhal və şərtsiz azad etməyə çağırıb. Bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.
K.Smit cümə günü dərc edilən bəyanatında bildirib: "Mən təcili olaraq prezident Əliyevi Mehman Hüseynovu dərhal və şərtsiz azad etməyə çağırıram. Mehman Hüseynov Əliyev rejiminin korrupsiyasının ifşa edilməsi ilə bağlı işinə görə iki il həbsdə qalıb.
Hökumət iki həftə bundan öncə onun dəmir barmaqlıqlar arxasında müddətini uzatmaq üçün ona qarşı yeni ittihamlar qaldırmaqla bu ədalətsizliyi daha da ağırlaşırıb.
Prezident Əliyev rejimin söz azadlığına qarşı qəddar kampaniyasında bu sonuncu utandırıcı epizoduna son qoymaq üçün hərəkət etməlidir".
2017-ci ilin sentyabrında Konqresin Helsinki Komissiyasının həmsədri olan Smit Nümayəndələr Palatasına təqdim etdiyi qanun layihəsində Tramp administrasiyasını Azərbaycanla ikitərəfli münasibətlərdə insan hüquqları və demokratiya məsələsini qaldırmağa və prioritetləri müəyyən etməyə çağırmışdı.
Dünən Tvitterdə Helsinki Komissiyası da aclıq edən azərbaycanlı jurnalist Mehman Hüseynovun vəziyyətilə bağlı dərin narahatlığını bildirib.
"Bu yaxınlarda hökumət yeni özbaşına ittihamlar irəli sürüb ki, 2 il həbs cəzasından sonra jurnalistin azadlığa çıxmasının qarşısını alsın. Azərbaycan mətbuat azadlığı ilə bağlı ATƏT qarşısında götürdüyü öhdəliklərini yerinə yetirməlidir", - Tvitterdə yayılan məlumatda deyilir.-25D-
-
- Bazarların icmalı
- 12 Yanvar 2019 11:32
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz