![Amerikalı senator Əfqan Muxtarlıya qarşı ittihamları ləğv etməyə çağırıb](https://turan.az/resized/media/2017/main/122300006450-750-500-resize.webp)
Amerikalı senator Əfqan Muxtarlıya qarşı ittihamları ləğv etməyə çağırıb
Bakı/23.12.17/Turan: Nüfuzlu Amerika senatoru Marko Rubio Azərbaycan hakimiyyətini həbs edilmiş jurnalist Əfqan Muxtarlıya qarşı bütün ittihamları ləğv etməyə çağırıb.
"Azərbaycan jurnalistləri və söz azadlığını kobud şəkildə boğmağa davam edir. Azərbaycan hökumətini jurnalist Əfqan Muxtarlıya qarşı bütün ittihamları ləğv etməyə çağırıram", deyə senator Tvitterdəki mikrobloqunda yazıb.
Xatırladaq ki, siyasi mühacir Muxtarlı Tbilisidə Gürcüstan polisi tərəfindən oğurlanıb və iki ölkə sərhədində Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib. Sonradan Muxtarlını qaçaqmalçılıqda və sərhədi qanunsuz keçməkdə ittiham ediblər. O, 5 ilədək azadlıqdan məhrum edilə bilər. -02B-
-
- İqtisadiyyat
- 22 Dekabr 2017 23:54
-
- Cəmiyyət
- 23 Dekabr 2017 11:43
Siyasət
-
Azərbaycan prezidenti İlham Əliyev Somali dövlət başçısının Bakıya səfərinin iki ölkə arasında "sıx dostluq münasibətlərində yeni səhifə açacağına" əminliyini bildirib.
-
Rusiya Azərbaycan qazının Ukraynanın qaz-nəqliyyat sistemindən istifadə ilə Aİ-yə tədarükü mümkünlüyünü müzakirə etmir. Bu barədə çərşənbə axşamı jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib. "Müzakirə olunmur", deyə o qeyd edib.
-
Fevralın 12-də Bakı Apellyasiya Məhkəməsi jurnalist Ramin Cəbrayılzadənin (Deko) ev dustaqlığına keçirilməsindən imtina ilə bağlı verilmiş şikayəti təmin etməyib, bu barədə onun vəkili Nemət Kərimli bildirib. Müdaifə tərəfi bu qərarı əsassız hesab edir, belə ki, Meydan TV-nin işi üzrə həbs edilmiş Deko barəsində istintaq hərəkətləri aparılmır.
-
"Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda" İttifaq 357 nəfərdən ibarət yenilənmiş siyasi məhbuslar siyahısını dərc edib. 12 dekabr 2024-cü il tarixli əvvəlki siyahı ilə müqayisədə siyasi məhbusların sayı 26 nəfər artıb.
Rəy yaz