
Bakı/10.04.19/Turan: Prezident İlham Əliyev aprelin 10-da Argentinanın Azərbaycanda yeni səfiri Serxio Osvaldo Peres Qunellanın etimadnaməsini qəbul edib.
Qısa söhbət zamanı ikitərəfli münasibətlərin inkişafı haqqında qısa fikir mübadiləsi aparılıb. Xüsusən, Əliyev iqtisadi əlaqələrin inkişafı üçün böyük potensial olduğunu qeyd edib və Argentina şirkətlərinin Azərbaycan bazarına maraq göstərəcəyinə ümid etdiyini bildirib.
Cavab sözündə Argentina səfiri bütün sahələrdə ikitərəfli əlaqələr qurulması üçün hər şey edəcəyinə inandırıb. O, Argentina biznesinin iştirakı ilə investisiya və ticarət proqramlarının həyata keçirilməsində maraqlı olduğunu bildirib. Xəbəri Dövlət başçısının saytı yayıb. -02D-
Rəy yaz