AŞPA həmməruzəçiləri Turan agentliyinin ofisində olublar
Bakı/15.09.17/Turan: Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Şenak və Florin Preda cümə günü Turan İnformasiya Agentliyinin ofisində olublar, qurumun rəhbəri, sentyabrın 11-də həbsdən azad edilmiş Mehman Əliyevlə görüşüblər.
"Vergilər Nazirliyi tərəfindən Turan-a qarşı araşdırmanın başladıldığı ilk günlərdən biz Azərbaycanda müstəqil və səhih informasiya mənbəyi hesab olunan agentliyə dəstəyimizi ifadə etmişik", deyə Stefan Şenak bildirib.
Həmməruzəçilər Turan rəhbərinə qarşı qətimkan tədbirinin dəyişdirilməsindən məmnunluqlarını və cinayət işinə xitam veriləcəyinə və agentliyin fəaliyyətini bərpa edə biləcəyinə ümidlərini ifadə ediblər.
Mehman Əliyev həmməruzəçilərə, habelə bütünlükdə Avropa Şurasına agentliyə göstərdikləri dəstəyə və həbsdən azad edilməsi üzrə səylərinə görə minnətdarlıq edib.
Görüşdə Azərbaycanda KİV və vətəndaş cəmiyyəti sahəsində vəziyyət, habelə gələcəkdə agentliyin fəaliyyət perspektivləri və inkişafı haqqında fikir mübadiləsi aparılıb. -0-
-
- Cəmiyyət
- 15 Sentyabr 2017 14:09
Siyasət
-
ABŞ prezidenti Donald Tramp helikopter və təyyarənin toqquşmasından bir neçə saat sonra, Ağ Evdə ilk mətbuat konfransını keçirib.
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi davam edib. İclasın əvvəlində elan edilib ki, bu iş üzrə şahid iclasa gələ bilməyəcək, buna görə proses fevralın 6-na təxirə salınıb.
-
Yanvarın 30-da Bakı Apellyasiya Məhkəməsi “Meydan TV işi” üzrə həbs edilmiş jurnalist Aytac Tapdığın şikayətini təmin etməyib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.
Rəy yaz