AŞPA : "Mehman Hüseynova qarşı yeni ittihamların siyasi motivli olmadığına dair əsaslı sübut
Bakı/04.01.19/Turan: Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri- Britaniyadan Robert Geyl və Avstriyadan Stefan Şennax bloger Mehman Hüseynova qarşı yeni ittihamlar barədə narahatlıqlarını bildirib.
"Təəssüflər olsun ki, yeni ittihamların siyasi motivli və bizim siyasi məhbuslar adlandırdığımız insan haqları fəallarının susdurulması cəhdi olmadığına dair əsaslı sübut yoxdur. Biz yeganə etiraz yolu olaraq Mehman Hüseynovun aclıq aksiyası keçirməsindən narahatıq" - deyə, həmməruzəçilər bildirib.
Onlar Azərbaycanın səlahiyyətli nümayəndələrini Mehman Hüseynovun işinin prioritet kimi qəbul edilməsinə çağırıb.
Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger itthamın yalan və böhtan olduğunu bildirib. O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını vəkilləri vasitəsi ilə bəyan edib.
Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.
Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.-0-
-
- Söz istəyirəm
- 4 Yanvar 2019 18:21
-
- Cəmiyyət
- 4 Yanvar 2019 22:55
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz