ATƏT MQ-nin həmsədrləri tərəfləri substantiv danışıqları bərpa etməyə çağırıblar
Bakı/19.06.17/Turan: ATƏT-in Minsk Qrupunun həmsdərləri İqor Popov (Rusiya), Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik regiona səfərlərinin yekunlarına dair bəyanat yayıblar.
Sənəddə qeyd edilir ki, səfərin əsas məqsədi Azərbaycan və Ermənistan XİN rəhbərlərinin 28 aprel Moskva görüşündən sonra mövqelərin və bütünlükdə münaqişə zonasında vəziyyətin müzakirəsi idi.
Həmsədrlər Ermənistan prezidenti Serj Sarkisyan (10 iyun) və Azərbaycan prezidenti İlham Əliyevlə (19 iyun) görüşüblər. Bundan başqa, hər iki paytaxtda müdafiə və xarici işlər nazirləri ilə məsləhətləşmələr aparılıb.
Həmsədrlər həmçinin Dağlıq Qarabağda (12 iyun) olublar və "de-fakto" hakimiyyətlə görüşüblər, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonlara - Zəngilan, Qubadlı, Laçın və Kəlbəcərə baş çəkiblər, deyə bəyanatda bildirilir.
Bakıda vasitəçilər Dağlıq Qarabağın Azərbaycanlı icması ilə görüşüblər.
Bakıda danışıqlar zamanı həmsdərlər onların Azərbaycana səfəri ərəfəsində insan tələfatına gətirib çıxarmış sonuncu atəşkəs rejiminin pozulması halları ilə bağlı dərin narahatlıqlarını bildiriblər. "Biz Azərbayan rəhbərliyinə gərginlikdən qaçmaq çağırışı ilə müraciət etdik. Ermənistan rəhbərliyinə və Dağlıq Qarabağın "de-fakto" hakimiyyətinə də eyni mesajı göndəririk. Biz təmas xəttində və Ermənistan və Azərbaycanın dövlət sərhədində gərginliyi azaldacaq tədbirlər görməyə çağırırıq", deyə bəyanatda qeyd edilir.
Hər iki paytatda həmsədrlər tərəfləri substantiv danışıqların bərpası üçün siyasi iradə nümayiş etdirməyə çağırıblar.
Onlar qeyd ediblər ki, uzunmüddətli sülhə gətirib çıxara biləcək yeganə yol irəliləyişə və münaqişənin həllinə layiq olan region xalqlarıdır.
Prezidentlər ən mübahisəli məsələlərin güzəştli həllini tapmaq məqsədilə siyasi dialoqu bərpa etmək niyyətlərini ifadə ediblər, deyə bəyanatda vurğulanır.
Mətndə həmçinin qeyd edilir ki, iyulun 3-də həmsədrlər Vyanada olacaqlar, Minsk Qrupu üzvlərinin səfəri haqqında məlumat verəcəklər. Onlar həmçinin gələcək işin şərtlərini müzakirə etmək üçün tezliklə tərəflərin xarici işlər nazirləri ilə görüşməyi planlaşdırırlar. -06D
-
- Foto sessiyalar
- 19 İyun 2017 19:39
-
- Söz istəyirəm
- 20 İyun 2017 08:47
Siyasət
-
Azərbaycanın müdafiə nazirinin müavini və Quru Qoşunlarının komandanı, polkovnik-general Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Metin Gürak ilə görüşüb.
-
Bakı-Moskva münasibətlərində AZALın təyyarə qəzasından sonra başlayan soyuqluq, deyəsən, güclənir. Bakı getdikcə tez-tez Moskvaya təyyarənin qəzaya uğramasının və vətəndaşlarının həlak olmasının üstünü örtməyə imkan verməyəcəyini göstərir.
-
ABŞ Dövlət katibi Marko Rubio cümə günü əksər mövcud xarici yardım qrantlarının 90 gün müddətinə dayandırılmasını əmr edən göstəriş imzalayıb. Bu qərar Dövlət Departamenti rəsmilərini şoka salıb və Politico-nun məlumatına görə, Ukraynaya hərbi yardımın maliyyələşdirilməsini hədəfə alıb.
-
İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, bu barədə Azərbaycan XİN-in yanvarın 25-də yaydığı məlumatda bildirilir.
Rəy yaz