ATƏT nümayəndəsi Bakını mətbuatın işi üçün şərait yaratmağa çağırıb
Vyana/20.02.19/Turan: ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Harlem Dezir Azərbaycan hakimiyyətini KİV-in fəaliyyəti üçün əlverişli mühit yaratmağa çağırıb.
Azərbaycanda 20 çap KİV-nin maliyyələşdirilmədən məhrum edilməsi haqqında qərarı ərh edən Dezir KİV rəqəmsallaşdırma ilə bağlı transformasiya proseslərindən keçərkən onlara dəstəyin vacib olduğunu deyib.
"Bütün bunlar KİV-ə şəffaf və ədalətli iqtisadi dəstək sistemi və mətbuatın plüralizmini və müstəqilliyini təmin edən hüquqi mühitin olmasını təmin edir.
Bu, həmçinin KİV-in azadlığına və jurnalistlərin təhlükəsizliyinə, şəffaf rəqabətə, reklam mənbələrinə bərabər çıxışa, azad informasiya axınına və İnternetdən maneəsiz istifadəyə kömək edən qanunların və müdafiə mexanizmlərinin tətbiq edilməsini tələb edir", deyə Dezirin bəyanatında qeyd edilir.
Sonda Dezir ölkə rəhbərliyi, jurnalistlər və qeyri-hökumət təşkilatları ilə görüş üçün yaxın gələcəkdə Azərbaycana səfər etməyə böyük maraq göstərdiyini bildirib. -16D-
-
- Maliyyə
- 20 Fevral 2019 14:55
Siyasət
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Rəy yaz