ATƏT/DTİHB-nin rəhbəri: “ATƏT-in Azərbaycanda seçkilərə dair yekun hesabatı hər şeyi göstərir”
Vaşinqton/30.01.20/Turan: ATƏT/DTİHB-nin Azərbaycanda keçiriləcək parlament seçkilərinin monitorinqi ilə bağlı yekun hesabatı seçki prosesi başa çatdıqdan sonra dərc ediləcək və aralıq hesabatı “hər şeyi ortaya qoyur”. Bunu
ATƏT/DTİHB direktoru Solrun Qisladottir Beynəlxalq Seçki Müşahidə Missiyası yanvarın 29-da Azərbaycandakı seçkiqabağı vəziyyətə dair aralıq hesabat dərc etdikdən sonra Turan-ın müxbirilə söhbətində deyib.
ABŞ Konqresi Helsinki Komissiyasında çııxş edən DTİHB rəhbəri Azərbaycanda, “siyasi problemleri”, o cümlədən vətəndaş cəmiyyəti və medianın vəziyyətini şərh etməyib. O, bunu həmin məsələlərin DTİHB-nin yekun hesabatında diqqətlə nəzərdən keçiriləcəyi ilə izah edib.
S.Gisladottir öz çıxışında təşkilatın seçkilərin beynəlxalq monitorinqi sahəsində gördüyü işlərdən, hökumətlərə insan alverinə qarşı mübarizədə və hüquq müdafiəçilərinin qorunmasında yardımdan danışıb. Bəzi ATƏT ölkələrində sağlam vətəndaş cəmiyyətinə təhlükəsizlik üzrə tərəfdaşı kimi deyil, təhlükəsizliyə təhdid kimi baxılır, - o deyib.
“Demokratiyanın dostlar və düşmənlər, qaliblər və məğlublar olmadığı anlayışına qayıtmaq lazımdır.. Bu, hörmət və inamdır, fərqli fikirlərin tanınmasıdır, iqtidarla bölüşmək və kompromis axtarmaqdır”, - o qeyd edib.
“Siyasi və sosial plüralizm, məhkəmə hakimiyyətinin müstəqilliyi, mətbuat azadlığı və çiçəklənən vətəndaş cəmiyyəti olmadan demokratiya ola bilməz.
“Yalnız gənc və yaşlı insanlar, qadınlar və kişilər, etnik azlıqlar və çoxluq, bütün dini icmalar və etiqad etməyənlər arasındakı bərabərlik bizim cəmiyyətlərdə uzunmüddətli demokratik sabitliyi təmin edə bilər”, - o vurğulayıb.
Bəzi ölkələrdə daim artan qütbləşmə mövcuddur, siyasi liderlər və onların seçiciləri belə hesab edirlər ki, onlarla razılaşmayan hər kəs düşməndir.
İnsan hüquqları həyatda olduğu kimi İnternetdə də gerçəkdir və onlar hər iki sahədə qorunmalıdır. Onlayn dünya informasiyanı daha əlçatan edir ki, bu da vətəndaşlara demokratik proseslərdə fəal iştirak etməyə imkan verir.
Lakin onlayn kanallardan düzgün istifadə etməmək ayrı-seçkiliyə və zorakılığa sövq edə bilər, dezinformasiya isə maneəsiz yayıla bilər.
“ATƏT dəyərlər birliyidir, eyni zamanda məsuliyyət birliyidir - iştirakçı dövlətlər bir-birlərini məsuliyyətə cəlb etməlidirlər”, - o deyib.-0-
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz