
Avropa İttifaqı ali nümayəndəsinin müavini Bakıya gəlib
Bakı/09.10.17/Turan: Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Jan Kristof Bellard bazar ertəsi Bakıya gəlib. Bu barədə Turan-a Aİ-nin Bakıdakı nümayəndəliyindən bildiriblər.
Tanışlıq səfəri çərçivəsində Bellard prezident İlham Əliyev, XİN rəhbəri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşəcək.
Görüşlərdə noyabrda keçiriləcək "Şərq tərəfdaşlığı" sammitinə hazırlıq məsələləri müzakirə olunacaq.-71D-
Siyasət
-
2025-ci il fevralın 15-də və 18-də Day.az saytında Turan İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı böhtan xarakterli iddialar irəli sürülən məqalələr dərc edilib. Bu materiallarda müəllif agentliyi Qərb maliyyəsindən asılı və xarici strukturların maraqlarına tabe olan bir qurum kimi təqdim etməyə cəhd edir.
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
Rəy yaz