Зардушт Ализаде
Avropa İttifaqı Bakıya qarşı praqmatik siyasət yürürdür - ekspert
Bakı/12.07.17/Turan: Aİ-Azərbaycan münasibətlərində insan hüquqlarıməsələsini dəfn edilmiş və ya arxa plana keçirilmiş hesab etmək olmaz. Hazırki vəziyyətdə Avropa İttifaqı realist siyasət yürütməyə çalışır. Bu barədə Turan agentliyinə politoloq Zərdüşt Əlizadə dünən Brüsseldə Azərbaycan və Aİ "Tərəfdaşlıq Prioritetləri" sənədinin imzalanmasını şərh edərkən bildirib.
Bu sənəddə 4 əsas prioritet arasında demokratiya və insan hüquqları yoxdur. Amma Aİ-nin rəsmi məlumatında deyilib ki, bu məsələlər Azərbaycanla əməkdaşlığın gündəliyində qalmaqdadır.
Ekspertin fikrincə, Aİ-də Azərbaycan hökumətinin insan hüquqlarına münasibətini yaxşı bilirlər. "Bakı insan hüquqlarına yad bir şey kimi baxır, təhlükəli mövzu hesab edir". Aİ bunu dərk edərək Bakı ilə münasibətlər qurur, belə ki, hələlik alternatif siyasət qurmaq imkanı yoxdur, Əlizadə belə hesab edir.
Eyni zamanda, o hesab edir ki, Aİ Azərbaycanda insan hüquqları uğrunda mübarizəni dəstəkləməyə çalışır, amma bunun üçün təkcə Aİ-nin istəyi azdır.
Azərbaycanda hazırki vəziyyətin səbəblərinə gəlincə, Əlizadə hesab edir ki, müxalifətin kifayət qədər qüvvəsi yoxdur, siyasi mədəniyyət səviyyəsi isə yüksəldilməlidir. -06D-
Siyasət
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
-
ABŞ Prezidenti Donald Tramp cümə günü Ukraynadakı müharibənin dayandırılması üçün danışıqların davam etdiyini, münaqişənin həllinə sadiq qaldığını, lakin bunun çətinliklərlə dolu olduğunu etiraf etdi.
Rəy yaz