
Bakı /12.01.19/Turan: "Avropa İttifaqının Bakıdakı missiyasının xahişilə Kürdəxanı təcridxanasında Mehman Hüseynova başçəkmə təşkil edilib. Almaniya, Fransa, Hollandiya, Çex, Böyük Britaniya səfirliklərinin nümayəndələri və Avropa İttifaqının missiyası yanvarın 11-də bu görüşdə iştirak ediblər.
Görüşdə məqsəd Mehman Hüseynovun sağlıq durumu ilə tanışlıq olub.
Avropa İttifaqı nümayəndə heyəti vəziyyəti diqqətlə izləyir", - Qərb diplomatlarının Mehman Hüseynovla görüşünün məzmunu barədə Turan agentliyinin sorğusuna Avropa İttifaqı missiyasının cavabında deyilir.-0-
Rəy yaz