Avropa İttifaqı parlament seçkilərində baş verən pozuntuları tənqid edir
Bakı/11.02.20/Turan:Avropa İttifaqının fevralın 9-da Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı bəyanat yayıb.
Sənəddə deyilir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) ilkin qiymətləndirməsinə görə, namizədlərin çox olmasına baxmayaraq, məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit səbəbindən həqiqi rəqabət olmayıb, bəzi müxalifət partiyaları məhdudlaşdırıcı mühiti əsas gətirərək seçkiləri boykot edib. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının təmin olunmaması bəzi şəxslərin iştirakına mane olub.
Avropa İttifaqı hesab edir ki, ATƏT/DTİHB-nin vurğuladığı kimi seçki bülletenlərinin sayılmasında yol verilən pozuntular narahatlıq doğurur.
“Avropa İttifaqı ATƏT/DTİHB və Avropa Şurasının Venesiya Komissiyası tərəfindən verilən tövsiyələrə əməl olunmadığı üçün təəssüflənir. Avropa İttifaqı bu prosesdə Azərbaycana kömək etməyə hazırdır. Avropa İttifaqı bütün vətəndaşların mənafeyi naminə dialoqun davam etdirilməsini və Azərbaycan təsisatları ilə, o cümlədən yeni seçilmiş parlamentlə sıx işləməyi səbirsizliklə gözləyir,” bəyanatda vurğulanır.-16d-
Siyasət
-
Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətinin “Toplum” TV-nin jurnalistlərinə qarşı altı yeni ittiham irəli sürmək qərarını və bu nəşrin daha bir müxbirinin həbsini pisləyib.
-
Yanvarın 21-də Tehranda keçirilən görüşdə İran prezidenti Məsud Pezeşkian və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev iqtisadi sahədə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
-
Yanvarın 21-də Bakıda Qarabağ separatçılarının cinayət işi üzrə hazırlıq iclası davam edib.
-
ABŞ-ın yeni administrasiyası Vladimir Putinin Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqlar aparmaqdan imtina edəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaların tətbiqini istisna etmir, Turan-ın Vasinqton müxbiri bildirib.
Rəy yaz