Josep Borrell
Avropa İttifaqı Qarabağda indiki müharibə zamanı zərər çəkənlərə humanitar yardım göstərəcək
Bakı/13.11.20/Turan: Noyabrın 12-də Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Jozep Borel Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə telefon danışıqlarında Avropa İttifaqının Qarabağ regionunda hərbi əməliyyatlar zamanı zərər çəkmiş mülki əhaliyə humanitar yardım göstərməyə hazır olduğunu bildirib. Bu barədə Aİ-nin xarici siyasət xidmətinin məlumatında deyilir.
Borel ümidvar olduğunu bildirib ki, hərbi əməliyyatların dayandırılması münaqişənin sülh yolu ilə həlli prosesini möhkəmləndirəcək və insanların gələcəkdə əziyyət çəkməsinin qarşısını alacaq.
O qeyd edib ki, Aİ münaqişədən zərər çəkmiş mülki əhalinin tələbatının ödənilməsi üçün humanitar yardım göstərməyə hazırdır və artıq fövqəladə yardıma 1 mln. avroya yaxın vəsait ayırıb. -02D-
-
- Siyasət
- 13 Noyabr 2020 15:36
-
- İqtisadiyyat
- 13 Noyabr 2020 15:53
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz