Avropa Komissiyası Azərbaycanın işğal edilmiş ərazilərində ticari fəaliyyətin yolverilməz olduğu barədə xəbərdarlıq edib
Bakı/25.11.17/Turan: Avropa Komissiyasının ticarət üzrə Baş Direktorluğu Avropa İttifaqı şirkətlərinin Azərbaycanın işğal edilmiş ərazilərində ticari fəaliyyətinin yolverilməz olduğu barədə xəbərdarlıq yayıb.
Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyevin Turan-a verdiyiməlumata görə, xəbərdarlıq mətni Avropa Komissiyasının saytında yerləşdirilib, orada bu cür fəaliyyətə görə cinayət məsuliyyətinə cəlb edilmə mümkünlüyü qeyd edilir.
Azərbaycan XİN Avropa Komissiyasının bu addımlarını müsbət qiymətləndirir və Aİ üzvü olan bütün ölkələrin bu qərara riayət etməli olduğuna inandığını bildirir.
Qeyd edək ki, artıq uzun illərdir müxtəlif xarici şirkətlər Dağlıq Qarabağda və ona bitişik Azərbaycanın işğal edilmiş 7 rayonunda ticari fəaliyyət həyata keçirir. Bu, Bakının etirazlarına səbəb olurdu və bir sıra firma və şirkətlər sözügedən ərazilərdən uzaqlaşdırılıb. Amma birinci dəfədir ki, Avropa Komissiyası belə bir xəbərdarlıq edir, bu, şübhəsiz ki, Bakının diplomatik uğurudur. -02D-
-
- Analitika
- 25 Noyabr 2017 12:51
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz