Avropa Komissiyası Türkiyə ilə vizasız rejimin tətbiqini tövsiyə edir
Avropa Komissiyası Türkiyə vətəndaşları üçün vizasız rejimin tətbiqini tövsiyə edib. Ancaq Ankara bundan ötrü bütün şərtləri yerinə yetirməlidir.
"Avropa Komissiyası Avropa İttifaqı Şurası və Avropa Parlamentinə Türkiyə vətəndaşları üçün viza tələblərinin aradan qaldırılmasını təklif edir və başa düşür ki, Türkiyə hakimiyyəti martın 18-də vəd etdiyi kimi bəzi şərtləri təcili yerinə yetirəcək»,- bu barədə Avropa komissarı Marqaret Vestagerin Twitter səhifəsində yerləşdirdiyi məlumatda deyilir.
Avropa Komissiyası sədrinin müavini Frans Timmermans bildirib ki, türklər iyunun sonunadək beş bəndi yerinə yetirməlidir. Söhbət korrupsiyanın qarşısının alınması, Avropa Komissiyası rəhbərliyi ilə operativ saziş haqqında danışıqların keçirilməsi, Aİ ölkələri ilə məhkəmə əməkdaşlığından gedir.
Bundan əlavə, Ankara məlumatların qorunması qaydalarını Avropa standartlarına uyğunlaşdırmalı və terrorizmə haqqında qanunvericiliyə yenidən baxmalıdır.
Həmçinin Avropa Komissiyası Aİ qanunvericiliyinə sazişin şərtləri pozulduğu halda vizasız rejimin dayandırılması üçün əlavə imkanların tətbiqini təklif edib.
Türkiyə üçün viza rejiminin liberallaşdırılması martda Ankara və Brüssel arasında bağlanan qaçqınlar haqqında sazişin bir hissəsidir. Bu çərçivədə Türkiyə 72 tələbi yerinə yetirməlidir.
Rejimin liberallaşdırılması yalnız qısamüddətli qalmalara — 90 günədək (180 günlük müddətdə) biznes, turizm və ailə məqsədləri üçün nəzərdə tutulur", - Avropa Komissiyası bildirib. -02D-
-
- İqtisadiyyat
- 4 May 2016 14:04
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində fevralın 2-də İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
Rəy yaz