Avropa Məhkəməsi jurnalist Seymur Həzinin həbsini qanunsuz sayıb
Strasburq/06.12.18/Turan: Avropa İnsan Hüquqları Məhkəməsi dekabrın 6-da "Azadlıq" qəzetinin icmalçısı Seymur Həzinin işi üzrə qərarını elan edib.
Qərar jurnalistin 2014-cü il avqustun 29-da həbsindən şikayətlə bağlıdır.
AİHM Həzinin 5.1 (azadlıq və şəxsi toxunulmazlıq hüququ) və 5.3-cü (məhkəmədən əvvəl saxlanma haqqında tələbin qanunsuz hesab olunması) maddələr üzrə hüquqlarının pozulduğunu etiraf edib.
AİHM Həziyə mənəvi ziyana görə 13 min avro ölçüsündə təzminat və məhkəmə xərcləri üçün 1500 avro ödənilməsinə qərar verib.
Xatırladaq ki, Həzi 2014-cü il avqustun 29-da həbs edilib və uydurma xuliqanlıq ittihamı ilə beş il müddətinə azadlıqdan məhrum edilib. Həzi ona qarşı irəli sürülmüş ittihamları təkzib edib və jurnalistlik və ictimai fəaliyyətinə görə təqib edildiyini bildirib. Hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.
Həzi jurnalistliklə yanaşı, siyasi fəaliyyətlə də məşğul olurdu və Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin rəyasət heyətinin üzvü idi. "Amnesty İnternational" onu "vicdan məhbusu" kimi tanıyıb. -16D-
-
- İqtisadiyyat
- 6 Dekabr 2018 13:48
-
- İqtisadiyyat
- 6 Dekabr 2018 14:16
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz