Avropa Şurası strukturu Bakını siyasi məhbusları azad etməyə çağırıb
Strasburq/25.01.19/Turan: Avropa Şurası yanında beynəlxalq QHT Konfransının İnsan Hüquqları Komitəsi bloger Mehman Hüseynova qarşı ittihamın götürülməsini alqışlayır. Bu barədə Komitənin məlumatında bildirilir.
Komitə həmçinin ittihamın götürülməsinə bir gün qalmış AŞ-da ekstren müzakirələr zamanı dialoqa görə Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyinə təşəkkürünü bildirib.
"Biz Azərbaycan hakimiyyətini bu xətti davam etdirməyə, mühakimə olunmuş hüquq müdafiəçilərinin və ölkədən çıxışına qadağa qoyulmuş vətəndaş cəmiyyəti fəallarının barəsində hökmlərə yenidən baxmağa, Mehman Hüseynova dəstək aksiyasında iştiraka görə həbs olunanların azadlığa buraxılmasına çağırırıq", - Komitənin rəhbəri Saymon Matiysenin bəyanatında deyilir. -06D--
Siyasət
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
-
Azərbaycanda amnistiya aktının qəbuluna ehtiyac var. Bu barədə fevralın 3-də Milli Məclisin iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
-
“Azel” TV saytının rəhbəri, Azərbaycana ekstradisiya məqsədilə Gürcüstanda həbs olunmuş Əfqan Sadıqov fevralın 2-dən quru aclığa başlayıb. Bu barədə Turan-a onun xanımı Sevinc Sadıqova bildirib. Fevralın 2-də o, Əfqan Sadıqov ilə telefonla danışıb.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi Anar Məmmədlinin səhhətinin getdikcə pisləşməsinə baxmayaraq, ona adekvat tibbi yardım göstərilmir. Bu barədə Turan-a vəkil Elçin Sadıqov təcridxanada Məmmədliyə baş çəkdikdən sonra bildirib.
Rəy yaz