Avropa Şurasının baş katibi postuna dörd namizəd var
Bakı/11.01.19/Turan: Avropa Şurasının baş katibi postuna 4 namizəd irəli sürülüb. Bu barədə təşkilatın mətbuat xidməti məlumat verib.
Bunlar Belçikanın baş nazir müavini, xarici işlər və müdafiə naziri Didye Reyenders, Litvanın keçmiş baş naziri Andryus Kubilyust, keçmiş XİN rəhbəri Dora Bakoyannis və Xorvatiya XİN rəhbəri Mariya Peyçinoviç Burişdir.
AŞ Nazirlər Komitəsi 2019-cu ilin martında dörd nazirlə ayrıca söhbət aparacaq və namizədlərin yekun siyahısını müəyyən edəcək. Siyahı AŞ Parlament Assambleyasına təqdim olunacaq.
Sonra AŞPA 2019-cu ilin iyununda növbəti baş katib seçkisini keçirəcək.
Norveçli Turbörn Yaqlandı əvəz edəcək yeni baş katibin mandatı 2019-cu il oktyabrın 1-dən başlayacaq.
Müşahidəçilərin rəylərinə görə, Didye Reyendersin şansı daha çoxdur.06D-
Siyasət
-
“Azel” TV saytının rəhbəri, Azərbaycana ekstradisiya məqsədilə Gürcüstanda həbs olunmuş Əfqan Sadıqov fevralın 2-dən quru aclığa başlayıb. Bu barədə Turan-a onun xanımı Sevinc Sadıqova bildirib. Fevralın 2-də o, Əfqan Sadıqov ilə telefonla danışıb.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi Anar Məmmədlinin səhhətinin getdikcə pisləşməsinə baxmayaraq, ona adekvat tibbi yardım göstərilmir. Bu barədə Turan-a vəkil Elçin Sadıqov təcridxanada Məmmədliyə baş çəkdikdən sonra bildirib.
-
Həştərxan üzərində hava məkanının müntəzəm bağlı olması ilə əlaqədar AZAL dövlət aviaşirkəti uçuşların təhlükəsizliyi üçün Bakı–Həştərxan–Bakı marşrutu üzrə bütün reysləri qeyri-müəyyən müddətə dayandırır. Bu barədə fevralın 3-də AZAL Azərbaycan dövlət aviaşirkəti bildirib.
-
Azərbaycan Dövlət Təhlükəsizliyı Xidməti və Daxili İşlər Nazirliyi Qusar rayonunda radikal ekstremist qruplaşmanın zərərsizləşdirildiyini bildiriblər. Qruplaşmanın 8 üzvü silahlı müqavimət göstərərkən məhv edilib, 6-ı həbs olunub.
Rəy yaz