Фото из открытых источников
Avropa Şurasının komissarı Azərbaycan hakimiyyətini Mehman Hüseynovun üzərindən ittihamları götürməyə çağırıb
Strasburq/07.01.19/ Turan: Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç bu gün Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə telefon söhbətində Mehman Hüseynovun -həbsxanada ona qarşı yeni ittihamlar irəli sürüldüyünə etiraz olaraq aclıq edən blogerin- işilə bağlı danışıb.
"Mən nazir müavininə dedim ki, hakimiyyət dekabrın 26-da Mehman Hüseynova qarşı irəli sürülmüş ittihamları onun üzərindən götürməlidir. Qeyd etdim ki, hakimiyyət Mehman Hüseynova lazımi tibbi yardım göstərməlidir, onun vəziyyəti olduqca narahatlıq doğurur. Bu səbəbdən onun mülki xəstəxanaya köçürülməsi lazımdır ki, zəruri tibbi yardımı ala bilsin. Ümid edirəm ki, Azərbaycan hakimiyyəti insan hüquqları sahəsində öz öhdəliklərinə əməl edəcək. Mən Mehman Hüseynovun işində irəliləyişin olmasını və hakimiyyət və vətəndaş cəmiyyəti ilə konstruktiv dialoqun davam etdirilməsi üçün yaxın aylarda Azərbaycana səfərimi səbirsizliklə gözləyirəm", - komissarın Avropa Şurasının saytındakı bəyanatında deyilir. -02D-
-
- Cəmiyyət
- 8 Yanvar 2019 02:10
Siyasət
-
Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının 10 faiz artırılması haqqında fərman imzalayıb.
-
Bazar ertəsi prezident İlham Əliev Sloveniyanın Azərbaycanda yeni səfiri Qorazd Rençelin etimadnaməsini qəbul edib.
-
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də İsrail İqtisadi Forumunun həmtəsisçisi və İdarə Heyətinin üzvü Conatan Misneri qəbul edib.
-
AŞPA-nın bu gün Strasburqda açılan qış sessiyasında Azərbaycan nümayəndə heyətinin səs hüququnun bərpa olunması məsələsinə baxılmayacaq. Bu, Azərbaycan parlamenti nümayəndə heyətinin səlahiyyətlərinin bərpa olunması üçün AŞPA-ya müraciət etmədikdən sonra məlum olub.
Rusiyaya qarşı dönən çarxlar, Milli Şuranın bu məsələdə adının hallandırılması... – Cəmil Həsənli Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:46
- 264
-
- Cəmiyyət,
- 14:38
- 316
-
- Söz istəyirəm,
- 12:21
- 349
Rəy yaz