Azərbaycan-Almaniya hərbi məsləhətləşmələri
Bakı/03.10.19/Turan: Oktyabrın 2-də Azərbaycan Müdafiə Nazirliyi və Almaniya Federal Nazirliyi arasında ikitərəfli əməkdaşlıq proqramı çərçivəsində Bakıda iki ölkənin müdafiə nazirlikləri arasında danışıqlar olub.
Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, görüş zamanı iki ölkə arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, hərbi təhsil və təlim sahəsində birgə fəaliyyət müzakirə edilib. Həmçinin regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb. -02D-
-
- Siyasət
- 3 Oktyabr 2019 17:51
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz