Azərbaycan Avropaya qaz ixracına 2020-ci ildə başlayacaq - İ.Əliyev
Bakı/20.02.19/Turan: "Cənub qaz dəhlizi" layihəsinin həyata keçirilməsi Avropanın energetika xəritəsini dəyişdirəcək və Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafında böyük əhəmiyyət kəsb edəcək. Bu barədə prezident İlham Əliyev bu gün Bakıda "Cənub qaz dəhlizi" layihəsinin Məsləhət Şurasının iclasında çıxış edərkən bildirib.
Avropa Komissiyasının bu layihədə iştirakına toxunan Əliyev Böyük Britaniya və ABŞ-ın fəal rolunu da qeyd edib.
O bildiribki, CQD elementlərinin fəal tikintisi gedir, onların üçü artıq fəaliyyət göstərir, sonuncusu - TAP yekunlaşmaq üzrədir və 87% tikilib.
Bu, 2020-ci ildə artıq Avropaya qaz nəqlinə başlamağa imkan verəcək, deyə Əliyev bildirib.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, Yunanıstan, Albaniya, Adriatik Dənizi və İtaliyadan keçir.
Layihə Azərbaycanın "Mərhələ-2" çərçivəsində Şah-Dəniz yatağından təbii qazın nəqli üçün nəzərdə tutulub. CQD layihəsinin ümumi dəyəri 40 mlrd. dollar təşkil edir. -02D-
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz