![Azərbaycan BMT İnkişaf Proqramının “İnsan İnkişafı -2019” indeksində 87-ci yerdədir](https://turan.az/resized/media/2019/main/120900023585-750-500-resize.webp)
Azərbaycan BMT İnkişaf Proqramının “İnsan İnkişafı -2019” indeksində 87-ci yerdədir
Bakı/09.12.19/Turan: Bu gün BMT “İnsan İnkişafı -2019” hesabatını açıqlayıb.
Hesabatda deyilir ki, BMT İnkişaf Proqramının araşdırmasına görə, insan inkişafı proqresinin 20 faizi təhsil, səhiyyə və yaşam standartlarının qeyri-bərabər bölünməsi səbəbindən itirilib.
http://hdr.undp.org/sites/default/files/hdr2019.pdf
Hesabat 189 ölkəni əhatə edir və ölkələr 4 qrupa bölünür.
“Ən yüksək insan inkişafı” adlanan birinci qrupda ilk beşlikdə Norveç, İsveçrə, İrlandiya, Almaniya və ÇXR-in tərkibində olan Honq Konq yer alıb.
Rusiya 49-cu yeri tutmaqla bu qrupa düşüb.
Azərbaycan “Yüksək insan inkişafı” adlanan 2-ci qrupda 87-ci yeri tutub.
Onun qonşuları Gürcüstan 70-ci, Ermənistan 81 və İran 65-ci yerləri tutublar.
“Orta insan inkişafı” qrupuna Qırğızıstan (122), Tacikistan (125), Pakistan (152) daxil edilib.
Nəhayət, “Aşağı insan inkişafı” adlanan 4-cü qrupda son beşliyi Burundi (185), Cənubi Sudan, Çad, Mərkəzi Afrika Respublikası və Niger (186-189-cu yerlər) tutub.
“Bərabərsizlik doğumdan öncə başlanır və uşaq böyüdükcə artır. Bu, uşaqların təhsilinə, səhhətinə və qidalanmasına yatırımın artırılmasının vacibliyini şərtləndirir. Bu, insanın həyatı boyunca davam etməlidir, çünki əmək bazarında qazanca və məhsuldarlığa təsirini göstərir”, – hesabatda deyilir.
BMT İnkişaf Proqramı belə nəticəyə gəlir ki, daha məhsuldar işçi qüvvəsi olan ölkələrdə hakimiyyət ancaq bir qrup adamın əlində cəmləşmir. Həmin ölkələrdə güclü həmkarlar ittifaqları fəaliyyət göstərir, yüksək minimum əməkhaqqı və sosial müdafiə təmin edilib, qadınların əmək bazarına cəlb edilməsi üçün geniş imkanlar var.-16d06-
-
- Maliyyə
- 9 Dekabr 2019 15:12
Siyasət
-
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlı Jurnalist Şahnaz Bəylərqızının səhhətində mövcüd olan problemlər ilə bağlı narahatlıq bildirərək ,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
-
Cümə günü, fevralın 7-də Aktauda 25 dekabr 2024-cü il tarixində Azerbaijan Airlines-ın (AZAL) təyyarə qəzasında həlak olanların xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib, xəbəri Tengrinews.kz yayıb.
-
Fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Cəlal Cavadovun inzibati qaydada həbsindən verilmiş şikayətə baxılıb.
-
Fevralın 7-də Bakı Məhkəmə Kompleksində Qarabağ separatmılarının liderlərinin işi üzrə proses dava etdirilib. İclasda ittiham aktının oxunması davam etdirilib.
Rəy yaz