president.az
Azərbaycan Boeing-lə əməkdaşlığı genişləndirməyi planlaşdırır (yenilənib)
Bakı/28.04.21/Turan: Azad edilmiş ərazilərdə yeni aeroportların tikintisi nəzərə alınmaqla, Azərbaycan öz aviaparkını genişləndirməyi planlaşdırır. Bu barədə dövlət başçısı İlham Əliyev çərşənbə günü Boeing şirkətnin prezidenti Stenli Dil ilə görüşündə bildirib. “Əminəm ki, bizim uğurlu əməkdaşlığımız davam edəcək”, deyə o bildirib. Xəbəri dövlət başçısının saytı yayıb.
AZAL milli aviasiya şirkəti müxtəlif modelli (787, 767 və 757) 25 Boeing təyyarəsinə malikdir.
Silk Way aviaşirkətinin isə 12 Boeing təyyarəsi (747-499 F 747-8F) var. -02В-
* * *
2021 Aprel 28 (Çərşənbə) 14:55:59
İlham Əliyevin Boeing şirkətinin prezidentini qəbul edib
Bakı/28.04.21/Turan: Aprelin 28-də dövlət başçısı İlham Əliyev “Boeing Commercial Airplanes” şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili qəbul edib. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Görüşün təfərrüatı hələlik açıqlanmır.
Qeyd edək ki, Boeing təyyarələri AZAL dövlət şirkətinin parkının əhəmiyyətli hissəsini təşkil edir. -02D-
-
- Maliyyə
- 28 Aprel 2021 14:40
-
- İqtisadiyyat
- 28 Aprel 2021 15:07
Siyasət
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz