![Azərbaycan İsraildən silah alan əsas ölkələr arasındadır](https://turan.az/resized/media/2019/main/031100017393-750-500-resize.webp)
Azərbaycan İsraildən silah alan əsas ölkələr arasındadır
Bakı/11.03.19/Turan: Stokholm Beynəlxalq Sülh Problemləri Araşdırmaları İnstitutu (SIPRI) dünyada silah ticarətinin vəziyyəti haqqında məruzə dərc edib; Rusiya və ABŞ sənəddə 2014-cü ildən 2018-ci ilə qədər bu sahədə əsas ixracçılar kimi göstərilib.
Onun məlumatına görə, 2014-2018-ci illərdə dünyada silah satışı həcmi əvvəlki beşillik dövrlə müqayisədə 7,8% artıb. Ən böyük ixracçıların - ABŞ, Rusiya, Çin, Fransa və Almaniyanın payına ümumi həcmin 75 faizi düşüb. Rusiya və ABŞ birlikdə dünyada silah ixracı həcminin yarısından çoxunu ixrac edir (57%), xəbəri TACC yayıb.
Ən böyük silah idxalçıları Səudiyyə Ərəbistanı, Misir, İsrail, Qatar və İraq olub. Əsas ixrac artımı Yaxın Şərqin payına düşür, digər regionlarda əksinə, idxal azalıb.
Ötən beş il ərzində Rusiya 48 ölkəyə əsas silahları tədarük edib. İxrac edilmiş Rusiya silahının 55%-i Hindistana, Çinə və Əlcəzairə gedib. Yaxın Şərqə ixrac həcmi 2014-2018-ci illərdə 19% artıb. Rusiya silahının əsas alıcıları Misir və İraq olub - müvafiq olaraq 46% və 36%. Son beş ildə İraqa silah satışı 780%, Misirə silah satışı 150% artıb.
Elə həmin dövrdə ABŞ satışını 29% artırıb, qlobal miqyasda ABŞ silahının payı isə 30%-dən 36%-ə qədər artıb. Amerika ixracatının 52%-i Yaxın Şərq ölkələrinə həyata keçirilib.
Fransa və Almaniya 2014-2018-ci illərdə öz satışlarını müvafiq olaraq 43% və 13% artırıb. Ötən beş il ərzində isə Avropa İttifaqı ölkələrinin ümumi hərbi ixrac həcmi dünya həcminin 27%-ni təşkil edib.
Son beş il ərzində Çin silahının ixracı 2,7% artıb. Müqayisə üçün: 2009-2013-cü illərdə onun silah satışı 195% artıb. Çin silah ixracını azaldıb, amma ölkə əvvəlki kimi əsas ixracçılar siyahısına daxildir - bu siyahıda ÇXR altıncı yeri tutur.
Daha kiçik ixracçılar - İsrail, Cənubi Koreya və Türkiyə öz həcmlərini müvafiq olaraq 60%, 94% və 170% artırıb.
İsrail istehsalı olan silah və hərbi sistemlərin ən böyük alıcıları Hindistan, Azərbaycan və Vyetnam olub.
Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanın İsraildə silah alışı həcmi sözügedən dövrdə ən az 4 mlrd. dollar təşkil edib. -02D-
Siyasət
-
Jurnalist Şahnaz Bəylərqızının həbsindən apellyasiya şikayəti verilib. Bu barədə cümə günü Turan agentliyinə onun vəkili Bəxtiyar Hacıyev bildirib.
-
Fevralın 6-da Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın vitse-prezidenti Ceyms Vensla görüşüb.
-
Dövlət başçısının 7 fevral tarixli sərəncamı ilə Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Bundan əvvəl nazir müavini olub.
-
Azərbaycanın “Azel” TV saytının rəhbəri, Bakının sorğusu əsasında Gürcüstanda həbs edilmiş Əfqan Sadıqov fevralın 2-də başladığı quru alcığı fevralın 6-da dayandırıb. Lakin əvvəlkitək yeməkdən imtina edir və ancaq su içir. Onun aclığı 142 gündür ki, davam edir, fevralın 7-də xanımı Sevinc Sadıqova Turan agentliyinə bildirib.
Rəy yaz