Azərbaycan "Keşikçidağ" qoruğunu dövlət səviyyəsində qoruyur
Bakı/10.05.19/Turan: Azərbaycan "Keşikçidağ" mağara-kilsə kompleksindəki tarixi abidələri dövlət səviyyəsində qoruma altına alıb. Bu məqsədlə hələ 2007-ci ildə "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.
Qoruğun direktoru Musa Quliyevin Turan-ın müxbirinə verdiyi məlumata görə, mağara-kilsə kompleksi 25 km-lik təpədə yerləşir.
Alimin sözlərinə görə, qədim məskənlərin eramızdan əvvəl 3-4 min illik tarixi var. Qədim zamanlardan bu ərazi strateji əhəmiyyətinə görə - hər iki tərəfdən çöl zonaları üzərində yüksəklik olduğuna görə müdafiə məqsədilə istifadə olunub.
Burada hətta təbii mağara şəklində, həm də orta əsrlərin əvvəllərində süni şəkildə yaradılmış mağaralar şəklində sığınacaqlar olub. Orta əsrlərin tarixi abidələri Qafqaz Albaniyasının xristian mədəniyyətinə aiddir.
Sovet dövründə bu ərazi hərbi poliqon idi, burada təlimlər və artilleriya atışları keçirilirdi. Hazırda bütün kompleks üç hissədən ibarətdir. David Qareci monastırının da yerləşdiyi bir hissə Gürcüstan ərazisindədir. Daha bir mağara kompleksi Azərbaycan ərazisinə uzanır.
Gürcüstan tərəfin iddia etdiyi hissə sərhəddə yerləşir. Burada sərhəd dağ silsiləsinin mərkəzindən keçir və hər bir tərəf öz yamacına nəzarət edir. Burada Azərbaycan hissəsində 40-a yaxın mağara, bir qala və iki kilsə yerləşir. Bu kilsələr Gürcüstan tərəfdən ziyarət məqsədilə və turizm məqsədləri ilə ziyarət olunur. Quliyevin sözlərinə görə, Azərbaycan heç vaxt bu yerlərin ziyarət olunmasına mane olmayıb.
"Gürcüstan prezidentinin bu yaxınlarda sərhədə baş çəkməsindən və onun bəyanatlarından sonra məsələ aktuallaşıb. O tərəfdən razılaşdırılmamış aksiyalar başlayıb, buna görə qoruq bir neçə günlük bağlanıb, hazırda o, yenidən ziyarətə açıqdır", deyə o bildirib.
Azərbaycan "Keşikçidağ" abidəsini qoruq elan edərək, onun mühafizəsinə xüsusi əhəmiyyət verir.
Gürcüstan tərəfindən abidəyə dövlət səviyyəsində belə bir status verilməyib. -06D-
Siyasət
-
ABŞ prezidenti Donald Tramp helikopter və təyyarənin toqquşmasından bir neçə saat sonra, Ağ Evdə ilk mətbuat konfransını keçirib.
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi davam edib. İclasın əvvəlində elan edilib ki, bu iş üzrə şahid iclasa gələ bilməyəcək, buna görə proses fevralın 6-na təxirə salınıb.
-
Yanvarın 30-da Bakı Apellyasiya Məhkəməsi “Meydan TV işi” üzrə həbs edilmiş jurnalist Aytac Tapdığın şikayətini təmin etməyib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.
Rəy yaz